Xəbər lenti
20 yaşlı qız evli kişidən hamilə qalıb - Atası uşağa sahib
Bakıda 20 yaşlı qız evli bir kişidən hamilə qalıb, kişi isə uşaqdan imtina edib.
Manevr.az xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, kişi evli olduğunu qadından gizlədib. Kişinin arzu etmədiyi hamiləlik ortaya çıxdıqdan sonra isə uşağın abort edilməsini tələb edib. Qız isə usağı dünyaya gətirməkdə israr edir.
M. Zeynalova bildirib ki, qadının qohumları olsa da, heç bir dəstəyi yoxdur. Bu səbəbdən də təşkilatın sığınacağına üz tutub: "İzah edirəm ki, əgər uşağı dünyaya gətirib aliment istəyəcəksənsə, bu, düzgün deyil. Çünki qarşı tərəf uşaqdan imtina edir. Əgər sən də uşağı atacaqsansa, baxa bilməyib uşaq evinə verəcəksənsə, dünyaya gətirmə. "Bu gün aborta gedirəm deyib” - getdi. Lakin bir neçə saatdan sonra qayıtdı və dedi ki, "həkim deyir, ürək döyüntüləri var, hər şey çox yaxşıdır, abort etməyəcəyəm, göz bəbəyim kimi qoruyacağam”. Bəzən nə edəcəyini bilmirsən. Onu aborta vadar edib uşağı arzuolunmazlıqdan və gələcək faciələrdən qorumaqmı düzgündür, yoxsa canlı bir varlığı məhv edib günaha batmaqmı? Çox həssas məqamdır”.
BakiPost.az "bu halda din aborta icazə verirmi” sualı ilə ilahiyyatçı Elşad Miriyə müraciət edib. O, abortun qəti şəkildə etdirilməməli olduğunu bildirib: "O uşağın günahı nədir? Onu niyə öldürməlidirlər ki? Əgər ana imtina eləsə, atılmış uşaqlarla bağlı dövlət qurumu o məsələyə baxacaq. Kim zəmanət verir ki, kimsə bu dünyaya gəlib super şəraitdə yaşayacaq, yaxud da pis vəziyyətdə olacaq? Heç kim buna qərar verə bilməz”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar