Xəbər lenti 
					
 
		Goranboyda zəlzələdən ciddi narahatlıq - Komissiya yaradıldı

Bu gün səhər saatlarında İmişlidə baş verən zəlzələ Goranboyda ciddi hiss olunub.
Bu barədə Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Cahangirov məlumat verib.
İcra başçısının müavini bildirib ki, rayon ərazisində hiss olunan titrəyişlərdən sonra dərhal komissiya yaradılıb: "Təxminən səhər saat 8:45 radələrində rayon ərazisində zəlzələ ciddi hiss olundu. Təkanlar təxminən 8-10 saniyə davam etdi. Dərhal hadisə ilə bağlı komissiya yaradıldı və rayonun bütün ərazilərindəki ev və obyektlərə baxış keçirildi. Xoşbəxtlikdən nə rayonda, nə kəndlərdəki ev və obyektlərdə heç bir zədə qeydə alınmayıb".
E.Cahangirov bildirib ki, hadisə nəticəsində sakinlər arasında narahatçılıq hiss edilsə də, əhali arasında aparılan danışıqlardan sonra vəziyyət sabitləşib.
Trend.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















