Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Banklardan gələn "hədə" sms-ləri: məhkəməyə verib pul ala bilərsiniz

Tarix: 11-11-2016 13:29     Baxış: 5355 A- / A+
Banklardan gələn "hədə" sms-ləri:


Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar.

Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. İqtisadçı hədə metodlarının səmərəsziliyi ilə yanaşı, eyni zamanda qanunvericiliyə zidd olduğunu vurğulayıb.

V.Bayramov belə hallarla rastlaşanlara öz məsləhətini bildirib: "Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz".

Onun sözlərinə görə, mövcud qanunvericilik vətəndaşlara belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir: "Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu, həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər".

İqtisadçı bu yaxınlarda ona müraciət edən və bank tərəfindən vətəndaşa göndərilən “hədə” sms ilə də tanış olub. O, sözügedən mesajı ironiyayla belə şərh edib: "Bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olur".(bizimyol.info)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar