Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın quşları qabaqlayan ən sürətli canlısı məlum oldu - MARAQLI

Tarix: 10-11-2016 15:06     Baxış: 5497 A- / A+
Dünyanın quşları qabaqlayan ən sürətli canlısı məlum oldu

Alimlər planetin ən sürətli canlısının adını açıqlayıb. Moderator.az xəbər verir ki, Maks Plank adına Almaniya Ornitoloqlar Cəmiyyətinin apardığı araşdırmalara görə uçuş zamanı ən sürətlə hərəkət edən canlı quş yox, məməlilər sinfinin nümayəndəsi olub.

Belə ki, qanadlarının uzunluğu və aerodinamik özəllikləri sayəsində Braziliyada yaşayan enliqulaq bükükdodaq yarasaları saatda 160 kilometrə qədər sürətlə uçurlar. Onların uçuş sürətini yoxlamaq üçün yarasaların qanadlarına radioötürücülər bərkidilmişdi.

“Biz əvvəlcə inana bilmirdik: 11-12 qramlıq dişi yarasa saatda 160 kilometrə qədər sürət yığırdı”-deyə ornitoloq Kamran Safi deyib.

Xatırladaq ki, buna qədər üfüqi istiqamətdə ən sürətli uçan canlı qara uzunqanad quşu sayılırdı. Onun rəsmi qeydə alınmış uçuş sürəti 110 kilometr təşkil edirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar