Xəbər lenti 
					
 
		Əsgər getdi, 20 gün sonra öldü-üçündə də anası öldü - Bir ailənin faciəsi

İnterpress.az-ın əməkdaşı 20 gün əvvəl əsgər getmiş və dəqiq olmayan səbəbdən dünyasını dəyişmiş Nadir Süleymanovun evində olub. Mərhumun atası Pərviz Süleymanov bildirib ki, oğlu sağlam olub:
"Öz ayağı ilə Gəncə şəhər Mərkəzi Kiliniki Xəstəxanaya noyabr ayının 4-də gedib. Həkimlər ona pnevmaniya diaqnozu qoyublar. Sonra vəziyyəti pisləşib. Bizə zəng elədilər. Biz də durub Gəncəyə getdik. Biz gedəndə artıq komada idi. Oğlum noyabrın 5-də, saat 6 radələrində dünyasını dəyişdi. Dünən 3 mərasimi idi. Anası dedi dözməycəm üçündə də mən də dünyamı dəyişəcəm. Elə dediyi kimi də oldu. Həyat yoldaşım Gülbahar Süleymanova dünən səhər saat 11-də ürəyi partladı. İndi hadisə ilə bağlı istintaq aparılır. Oğlum sağlam idi. Sadəcə çiynində çıxıq olduğuna görə 20 yaşında əsgər gedib. Belə heç bir problemi yox idi. Üç gün əvvəl mənlə danışdı. Dedi ki, bəs Andiçmə mərasiminə gələrsiz. Goranboyda N saylı hərbi hissəyə xidmət üçün yollanmışdır. Hər şey yaxşı idi. Birdən nə oldu anlamadım. Oğlumun ali təhsili yox idi. Elə orta məktəbi bitirib hərbi hissəyə yollanmışdır. Nə olduğunu bilmirəm. Mən Zakir Həsənovun da qəbuluna gedəcəm. Hazırda dediyim kimi Bakı şəhər Prokurorluğu istintaq aparır”, - deyə əsgərin atası bildirib.

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















