Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borcu olanlara vəsiqə verilməyəcək? - DİN-dən açıqlama

Tarix: 09-11-2016 11:43     Baxış: 5432 A- / A+
Kredit borcu olanlara vəsiqə verilməyəcək?


Daxili İşlər Nazirliyi (DİN) kredit borcu olan vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsilə bağlı qurum tərəfindən qadağa qoyulması iddialarına aydınlıq gətirib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, kifayət qədər insanın kredit borcu olduğunu nəzərə alsaq, onda əksəriyyətin şəxsiyyət vəsiqəsini dəyişdirməsi mümkünsüz olar.

İstisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər”.

Nazirlik rəsmisi bu problemlə qarşılaşan vətəndaşlara müraciət edib: “Hüquq mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər. Eyni zamanda problem barədə 077 5010818 nömrəli telefona zəng edərək məlumat verə bilərlər. Qeyd edim ki, daxil olan müraciətlər operativ şəkildə araşdırılır və bütün hallarda vətəndaşlara müvafiq köməklik göstərilir”.

Qeyd edək ki, kredit borcu olan vətəndaşlar “ASAN Xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə bağlı problemlə üzləşdiklərini bildiriblər. Məsələ ilə bağlı "ASAN Xidmət"in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov Sputnik-ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi "ASAN xidmət"də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: "Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar