Xəbər lenti 
					
 
		Həbsxana rəisi məhkumu ölümünə döyüb? - 1 SAYLI "ZON"DAN ŞİKAYƏT

1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rövşən Niyazov rəhbəri olduğu müəssisədə cəza çəkən Kəlbəcər köçkünü Nemət Abdullayevi döyüb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən məhkumun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, Rövşən Niyazov bu hərəkətini Nemət Abdullayevin qətlə yetirdiyi şəxsin yaxınlarının sifarişi ilə edir:
“Çünki, həmin ailə Bakıda imkanı ailə kimi tanınır. Neməti döyən rəis hətta onun yerdə uzanmış formada şəklini şəxsi telefonu ilə çəkir. Görünür, o, bununla öz “qəhrəmanlığını” sifariş aldığı adamlar qarşısında nümayiş etdirir”.
Dəfələrlə rəisin “işgəncə maşını”ndan keçən Nemət Abdullayevin durumu artıq pisdir. Valideyinləri deyir ki, Nemət törətdiyi əmələ görə, ən ağır cəza alıb və qarşə tərəf bununla barışmır: “Onun cəzasını məhkəmə qeyri-adekvat formada verib. İndi nə istəyirlər?”
Nemətin ailəsi sayt vasitəsilə Penitensiar Xidmətin yeni rəisinə üz tutaraq, Rövşən Niyazovu dayandırmasını xahiş edir: “O, müəssisədə “işgəncə kralı” kimi ad çıxarıb. Xahiş edirik, onu dayandırasınız”.
Olayla bağlı xəbər yayıldıqdan sonra Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov saytla əlaqə saxlayaraq sözügedən faktı araşdırdıqlarını və onun təsdiqlənmədiyini bildirdi. “Yaxşı olardı ki, Pentensiar Xidmətdə qəbul günləri var, həmin məhkumun ailə üzvləri gəlib öz şikayətini bildirə bilərlər. Həmin şəxsləri qəbul etməyə hazırıq. Ancaq saytınızda gedən məlumatlar həqiqəti əks etdirmir” – deyə, o, sözlərinə əlavə etdi
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















