Xəbər lenti 
					
 
		Restoranlardakı “ayı əti” əslində, nə ətidir?
Azərbaycanda ayıların ovlanması qadağandır.
Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib.
2013-cü ildən ayıların adının "Qırmızı kitab"a daxil edildiyini deyən H.Əlizadə qeyd edib ki, ETSN ölkədə ayı ovuna qadağa qoyub: "Artıq 15 ilə yaxındır ki, ayıların ovlanması tamamilə qadağandır. Əgər bu gün ayı ovundan söhbət gedirsə, deməli, qanunsuz ov edilib. Bu əməli törədən şəxs barəsində qanuna müvafiq qaydada cəza tədbiri görülməlidir. Ancaq ayı ovu ölkədə qanunsuz ovu aparılan heyvanların sırasında yüksək yerdə dayanmır".
Bəzi restoranlarda ayı ətindən yeməklərin hazırlanması ilə bağlı məlumatlara münasibət bildirən H.Əlizadə qeyd edib ki, indiyədək ETSN-ə hansısa restoranda ayı ətinin satılması ilə bağlı rəsmi müraciət daxil olmayıb.
Onun sözlərinə görə, əgər müraciət daxil olarsa, nazirlik digər əlaqədar qurumlar da cəlb edilməklə belə məlumatları araşdırmağa hər zaman hazırdır. Bu halda nazirlik həmin ətin haradan və necə əldə edildiyi barədə səlahiyyəti daxilində araşdırma apara bilər:
"Biz istəyərdik ki, qanunsuz ov edilməsin. Təəssüf ki, bu, istənilən cəmiyyətdə var. Bəzən restoranlar ayı, cüyür adı altında naməlum heyvan ətlərini satırlar. Yeyən də başa düşmür ki, bu, hansı heyvanın ətidir. Ancaq yenə istisna deyil ki, kimsə brakonyerlik yolu ilə hansısa heyvanı ovlayıb onu restorana satar və restoran da onu "delikates" adı altında müştəriyə təqdim edə bilər. Belə məlumat olanda vətəndaşlar icra hakimiyyəti orqanlarına kömək etməli, ETSN-nin "Qaynar xətti"nə məlumat verməlidirlər. Bu məsələlərlə bağlı araşdırma aparmaq üçün vətəndaşın müraciət etməsi lazımdır".
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən ölkəyə rəsmi olaraq ayı ətinin idxal edilib-edilməməsi ilə bağlı Trend-in sorğusu cavablandırılmayıb.Trend
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















