Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hökümətdən kredit borcu olanlara yeni XƏBƏR- VAXT VERİLƏCƏK

Tarix: 05-11-2016 01:17     Baxış: 4396 A- / A+
Hökümətdən kredit borcu olanlara yeni


«Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır».

Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.


O, qeyd edib ki, layihələrdən biri problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlıdır: «Bu qanun layihələri ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq».

Restrukturizasiya- iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi istiqamətində geniş dairəli tədbirlər sistemidir.
Yəni, müştəri bankdan kredit götürüb, aylıq ödənişi 300 manat təşkil edir. Hər hansı səbəb üzündən bu məbləği ödəmək iqtidarında deyil və banka müraciət edir ki onun aylıq ödəməli olduğu məbləği azaltsınlar (ümumi məbləğ olduğu kimi qalmaq şərti ilə). Bank razılığa gəldiyi zaman müştərinin məbləğini ona münasib rəqəmlərə bölür.
Bir müddət öncə Azərbaycanda problemli kreditlərin 1 milyard 500 milyon manatı keçdiyi bildirilirdi. Beynəlxalq maliyyə qurumları bu məbləğin ilin sonuna kimi artacağını proqnozlaşdırırdılar.
2015-ci ildə baş verən iki devalvasiyadan sonra əhalinin dollarla götürdükləri kreditləri qaytarmasında problemlər yaşanıb.
(gununsesi.info)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar