Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Anasının başı kəsilən uşaqlara sahib çıxan yoxdur?

Tarix: 04-11-2016 14:59     Baxış: 4823 A- / A+
Anasının başı kəsilən uşaqlara sahib çıxan yoxdur?


Zərdabda ailə-məişət zorakılığı zəminində baş verən qətil hadisəsinin şahidi olan 3 azyaşlı uşaq Gəncə SOS Uşaq kəndinə veriləcək.

Manevr.az xəbər verir ki, azvision.az -a daxil olan məlumata görə, uşaqlar bu gün Gəncə SOS-a yerləşdiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumatı təsdiqləyib. Komitə rəsmisi qeyd edib ki, hazırda uşaqların sənədləşmə işləri aparılır. “SOS ailə tipli müəssisə olduğu üçün qərara alınıb ki, həmin uşaqlar ora yerləşdirilsin. Biz istəmrik ki, onları internat evlərinə verək, çünki orada yaşlara görə qruplaşdırma aparıldığı üçün uşaqlar bir-birilərindən aralı düşəcəklər. Onları ayırmaq istəmirik. Uşaqlar yerli icra orqanı və dövlət komitəsinin nəzarətində olacaqlar”.

T.İbrahimova həmin uşaqların övladlığa verilməsinin mümkün olduğunu bildirib: “Həmin uşaqlar komitədə qeydiyyata alındıqdan sonra 6 ay müəddətində vətəndaşlarımızın övladlığa götürməsi üçün təqdim olunur. Əgər 6 ay müddətində vətəndaşlarımız uşaqları övladlığa götürməsə, o zaman əcnəbilərə övladlığa verilə bilər”.

Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar