Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi ərzaq məhsulları yenə bahalaşacaq

Tarix: 04-11-2016 10:31     Baxış: 4377 A- / A+
Bəzi ərzaq məhsulları yenə bahalaşacaq
Yeni gömrük rüsumları qüvvəyə mindi; hökumət bahalaşmanın qarşısını almaq üçün monitorinqləri gücləndirməlidir
Noyabrın 3-dən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minib. Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Gömrük rüsumlarının artması isə yuxarıda adıçəkilən malların bahalaşması deməkdir. Hökumət rüsumları artırmaqla daxili bazarı xarici rəqabətdən qorumağa çalışsa da, bu qərar ilk olaraq əks təsir yaratdı və bahalaşmaya gətirib çıxartdı.

Çünki sözügedən məhsullarla bağlı yerli istehsal hələ daxili tələbatı ödəmək gücündə deyil. Yerli istehsal olunan bəzi məhsulların isə xammalı xaricdən gətirilir. Bu da bahalaşmanı qaçılmaz edir.

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, nəinki xaricdən gətirilən, eləcə də yerli məhsulların qiymətinin artacağı gözlənilir: “Xaricdən gətirilən toyuq ətinin qiymətinin qalxması bazara təsirini göstərəcək. Digər tərəfdən, bəzi məhsulların xammalı da xaricdən gətirilir. Məsələn, toyuq ətindən hazırlanan kolbasalar yerli məhsul olsa da, xammal kimi xaricdən gətirilən toyuq ətindən istifadə olunurdu. O cümlədən dönərxanalarda, yeməkxanalarda xaricdən gətirilən toyuq əti istifadə edilirdi. Bu sahələrdə də təbii ki, qiymət artımları olacaq. Dolayı təsirləri isə ondan ibarətdir ki, yerli istehsalçılar bazarın tələbatını tam ödəmək qabiliyyətində deyillər. Xarici analoqların qiyməti qalxdıqca, istehsalın artımına da uzun bir zaman lazım olduğunu nəzərə alsaq, yerli istehsalçılar da məhsullarının qiymətini qaldıracaqlar. Bu da nəticə etibarilə əhalinin büdcəsinə zərbə vuracaq. Daxili istehsalın artması üçün bu qərarın qısa zamanda effekt verəcəyini gözləmək əbəsdir”.

İqtisadçı ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hökumət “Antidenpinq haqqında” Qanun qəbul edibsə, həmin qanuna uyğun olaraq idxal olunan məhsulların bir qisminin gömrük rüsumunun qaldırılması gözlənilən idi: “Hökumət o məhsulların idxalına gömrük rüsumunu qaldırıb ki, onlar ölkədə ya tam, ya da qismən istehsal olunur. Məsələn, quş əti ölkədə istehsal olunur. Lakin bu heyvanların yemi , dərmanı və sair xaricdən idxal olunur. Lakin bazarda olan məhsulların böyük əksəriyyəti yerli məhsullardır. O baxımdan, sərəncam yerli istehsalın çox olduğu məhsullara tətbiq olundu. Bu həm də ona görə idi ki, idxal yolu ilə xaricə gedən valyutanın həcmini azaltmaq mümkün olsun. Bu, hökumətin əsas məqsədi idi. Burada psixoloji tərəflər də var. Biz bu rüsumlar tətbiq edilən zaman bildirmişdik ki, xaricdən gətirilən məhsullar bahalaşarsa, bu, yerli istehsalın da bahalaşmasına gətirib çıxaracaq. Məsələn, yerli kolbasa istehsalında istifadə olunan xammalın əhəmiyyətli hissəsini xaricdən gətirilən məhsullar təşkil edir”.

Vüqar Bayramov onu da vurğuladı ki, hökumət bahalaşmanın qarşısını almaq üçün monitorinqləri gücləndirməlidir: “Birmənalı şəkildə demək olmaz ki, yalnız xarici məhsulların qiyməti arta bilər, yerli məhsulların qiyməti artmamalıdır. O baxımdan, xərc strukturunun monitorinqi aparılmalıdır, yerli istehsal olunan məhsullarda xaricdən gətirilən xammalın çəkisinin nə qədər olması müəyyənləşdirilməlidir, daha sonra həmin məhsulun qiymətinin artması iqtisadi baxımdan əsaslandırılmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar