Sizin Reklam Burada
Xəbər lenti
31-10-2025
30-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Zəlimxan Yaqubun qəbirüstü abidəsi şəxsi vəsaitlə hazırlanır” - Açıqlama

Tarix: 03-11-2016 20:34     Baxış: 4609 A- / A+
“Zəlimxan Yaqubun qəbirüstü abidəsi şəxsi vəsaitlə hazırlanır”


“Xalq şairi, mərhum Zəlimxan Yaqubun qəbirüstü abidəsi dekabr ayında hazır olacaq”.

Bunu AzNews.az –a açıqlamasında mərhumun oğlu Bəhlul Yaqubov bildirib. Onun sözlərinə görə, Z.Yaqubun qəbirüstü abidəsi şairin adına layiq hazırlanır: “Hazırda atamın ilinə hazırlıq gedir. Qəbirüstü abidəsinin götürülməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Zəlimxan müəllimin bu abidəsindəki eskizi ailə tərəfindən bəyənilib. Abidə Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanır”.

B.Yaqubov Z.Yaqubun qəbirüstü abidəsinin şəxsi vəsait hesabına ərsəyə gəldiyini vurğulayıb: “Dövlətin də dəstəyi var. Abidə ümumi razılaşma əsasında ərsəyə gələcək. Əsas odur ki, atama layiq bir abidə qoyulsun”.

Xatırladaq ki, Xalq şairi Zəlimxan Yaqub 2016-cı ilin yanvar ayının 9-da dünyasını dəyişib. O, uzun müddət böyrək çatışmamazlığından və ürəyindən əziyyət çəkib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar