Xəbər lenti 
					
 
		Azərbaycan internetinə hansı ölkə nəzarət edir? - ARAŞDIRMA

Hazırda Azərbaycana internetin ixrac və idxal həcminin 100%-i İran ərazisindən həyata keçirilir. Virtualaz.org İranın MNA agentliyinə istinadən xəbər verir ki, bu ölkənin rabitə naziri Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.
İran məmurunun sözlərinə görə, onun ölkəsi son vaxtlarda “bu sahədə beynəlxalq tranziti 5,6 dəfə yüksəltməyə müvəffəq olub”.
Azərbaycandakı İKT sahəsi mütəxəssislərində bu bəyanat, yumşaq desək, çaşqınlığa səbəb olub. İş burasındadır ki, İran uzun illər boyunca bu sahədə inteqrasiya proseslərindən kənarda qalıb və çətin ki, belə qısa vaxtda bu cür irəliləyişə nail ola bilib. Bundan savayı, hansısa ölkə digər ölkənin internet axınının 100%-nə nəzarət edirsə, bu hal informasiya təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır.

Virtualaz.org məsələyə aydınlıq gətirilməsi üçün milli telekommunikasiya operatoru olan “Delta Telecom”a müraciət edib, lakin orada İrandan tranzit məsələsinə aid suala cavab verməkdə çətinlik çəkiblər və sualı şirkətin elektron poçtuna ünvanlamağı məsləhət görüblər.
Azərbaycan internet-forumunun prezidenti Osman Gündüz isə virtualaz.org-un müxbiri ilə söhbəti zamanı İranın rabitə nazirinin bəyanatından təəccüb hissi keçirdiyini bildirib.

Ekspertin sözlərinə əsasən, məhz “Delta Telecom” milli telekommunikasiya operatoru İrana internetin əsas ixracatçılarından biridir, əksinə deyil. Bu gün Azərbaycan hər hansı bir ölkənin internet axınından asılı vəziyyətdə deyil.
“Delta Telecom”un ən azı dörd alternativi var və bunların arasında Gürcüstan, Rusiya və Türkiyə ərazilərindən keçməklə marşrutlat mövcuddur”, - Osman Gündüz deyib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















