Xəbər lenti
"Kiməsə deyə bilmərəm ki, ailəmi saxla" – Xercenge tutulan rejissor
Xəsətəliyimi qəbul etmək mənə asan başa gəlmədi. Çətin proseslərdən keçdim. Qəbul etdim ki, xəstəyəm və bununla mübarizə aparmağa başladım
Manevr.az bildiri ki, bunu xərçəng xəstəliyi ilə mübarziə aparan rejissor Şahin Zəkizadə deyib. Onun sözlərinə görə, insan bütün xəstəliklərdə düzgün mövqe tutmalıdır.
"İnsan düzgün mövqe seçməsə, adi qrip xəsətliyi də onu yıxa bilər. Hər şey Allahın əlindədir. Çalışıram ki, psixoloji baxımdan sınmayım. Hazırda birinci kurs müalicəm bitib. Birinci kurs müalicənin cavabları yaxşı çıxdı. Həkimlər istədikləri nəticəni əldə edə bilib. Dünən müalicənin ikinci kursuna başlamışıq".
Ş.Zəkizadə qeyd edib ki, Heydər Əliyev Fondu müalicəsinin ikinci kursunun da xərclərini öz üzərinə götürüb.
"Heydər Əliyev Fonduna, birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Müalicənin gedişatı ilə fondun səlahiyyətli nümayəndələri mütəmadi olaraq maraqlanırlar. Özümü əvvəlkindən çox yaxşı hiss edirəm. Eyni zamanda məni müalicə edən Xalid həkimə də təşəkkür edirəm. Belə gözəl şəraitdə müalicəm davam edir".
Rejissor maddi durumunun heç də yaxşı olmadığını deyib: "İki aydır çalışmayan insanın maddi durumu necə ola bilər?! Sağ olsun, tanışlar, dostlar, bu baxımdan mənə çox böyük köməklik göstərdilər. Mən sırtıq adam deyiləm ki, kiməsə deyəm ki, mənim ailəmi saxla. Bunu edə bilmərəm və heç kimə müraciət etməmişəm. Xəstəliyimə görə işlərim yarımçıq qaldı".azvision.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar