Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 150 min insanın həyatı təhlükədədir

Tarix: 02-11-2016 10:52     Baxış: 4346 A- / A+
Bakıda 150 min insanın həyatı təhlükədədir



Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var.

Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, Bakıda bəzi ərazilərdə hazırda sürüşmə qeydə alınmasa da, sürüşməyə meyilli sahələr hesab edilir:

“Əhmədli şosesində, Zığ şosesində, Binəqədidə, Bayılda, Badamdarda, Masazır gölünün ətrafında ümumilikdə Bakıda təxminən 20 yerdə böyük sürüşmə sahəsi var ki, orada 150 mindən çox əhali yaşayır. Bu ərazilərdəki sürüşmələrin qarşısı vaxtında alınmalıdır”.

N.Paşayev əlavə edib ki, Bakıda sürüşmə qeydə alınmayan, amma sürüşməyə meyilli sahələr 10-15 dərəcə maili olan dənizkənarı dik ərazilərdir:

“Dənizdən 100 metr yüksək olan ərazilərin hamısında böyük villalar tikilib. Heç nəzərə alınmayıb ki, bu ərazilər gilli süxurlardan ibarətdir və sürüşməyə meyillidir. Buzovnanın, Bilgəhin dənizkənarı əraziləri 10-15 dərəcə maili ərazilərdir və sürüşməyə meyillidir. Həmin yerlərdə evlər tikilib. Qaraçuxurda villaların tikildiyi ərazilər də birbaşa sürüşməyə meyillidir. Qaraçuxurun yaşayış olan bu hissəsində böyük çatlar var, onlar getdikcə genişlənir. Onların hamısı sürüşməyə məruz qalacaq. Bayıl yamacında da binaların sayını bir qədər azaltdılar, amma orada da proses müşahidə edilir. Bayıl yamacında, Əhmədli massivində, Qaraçuxurda əhalinin sayını bir qədər azaltmaq lazımdır. Kanalizasiya suları da mütləq idarə olunmalıdır”.

N.Paşayev qeyd edib ki, sürüşmə Abşeron üçün daha böyük problemdir:

“Hər dəfə sürüşmə olanda müəyyən tədbirlər görülür. Amma müəyyən müddət ötdükdən sonra onlar davam etdirilmir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar