Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu həbs olundu

Tarix: 02-11-2016 10:33     Baxış: 3354 A- / A+
İcra başçısının qardaşı oğlu həbs olundu

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub.

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.

Belə ki, A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib:

“Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min ABŞ dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. R.Kərimov Nərimanov rayonunda yerləşən “Kral Mebel” mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyü kreditə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun 2 milyon 880 min ABŞ dolları dəyərində əmlaklarını özünün və yaxınlarının adına keçirib.

İcra başçısının qardaşı oğlu həbs olundu

Yalçın Abdullayev

Hazırda Yalçın Abdullayevi himayə edən vəzifəli şəxslər ondan şikayətçi olan zərərçəkmişləri təhdid edir, işdən çıxartdıracaqları ilə hədələyirlər: “Buna görə də daxili işlər naziri Ramil Usubova müraciət edərək işin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş edirəm. Yunis Abdullayev qeyd etdiyim işlərin birbaşa icraçısı olub və bu epizodlarla bağlı həbs olunub”.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.“Qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar