Xəbər lenti 
					
 
		“İlhamə Quliyeva mənə pul təklif etdi ki, həyat yoldaşımı öldürüm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Manevr.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M. Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.
O bildirib ki, M. Hüseynova günahsızdır və bu hadisəni başqa adamlar planlaşdırıb. Şahid bildirib ki, İlhamə Quliyevanın oğlu Orxanın dostu Vüqar hətta ondan pul da istəyib: “İlhamə Quliyevanın oğlu və dostu mənim evimə basqına gəlmişdilər. Guya ki, Mehriban onun evindən oğurluq edib. İlhamə Quliyeva hadisə baş verəndən sonra mənə zəng edib, Mehribanın onu öldürmək istədiyini dedi. İlhamə Quliyeva mənə pul təklif etdi ki, get, həyat yoldaşını öldür. Mehriban evə gələndə mən onun üzərində xəsarət gördüm. Səbəbini soruşduqda dedi ki, İlhamə xanımın evində onu bıçaqlayıblar. Mehriban deyirdi ki, bu əməllər hamısı Vüqarın planıdır”.
Məhkəmə prosesi noyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.apa
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















