Xəbər lenti
Əfv gözlənilir, məşhurlardan kim çıxacaq? - ÖZƏL
2016-cı ilin sonuna cəmi 2 ay qalıb; Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il yaxınlaşır...
Ədliyyə Nazirliyindəki mənbələrdən sızan xəbərə görə, əfv fərmanı gözlənilir.
Məlumatda qeyd olunur ki, əfv fərmanı yüzlərlə dustağın ailəsinə qovuşmasına səbəb olacaq. Eyni zamanda bəzi siyasi məhbusların da azadlığa qovuşacağı ehtimalı var.
REAL sədri İlqar Məmmədov, NİDA üzvü İlkin Rüstəmzadə, AXCP sədrinin müavini Seymur Həzi, şair Tofiq Həsənlinin azad ediləcəyi gözlənilir. Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Əli İnsanov, Qiyas İbrahimov, Bayram Məmmədov və digərlərinin azad olunacağı gözlənilmir.
Prezidentin istənilən şəxsi - barəsində məhkəmə hökmü olub-olmamasından, hökmün apellyasiya məhkəməsində qüvvəyə minib-minməməsindən, cəzanın nəzərdə tutulumuş hissəsini çəkib-çəkməməsindən asılı olmayaraq - əfv etmək səlahiyyti var.
Mediada yayılan informasiyalara görə dekabrda yenidən əfv fərmanının imzalanacağı və vicdan məhbusu kimi tanınan şəxslərin azadlığa buraxılacağı gözlənilir.
Əsasnaməyə görə, Konstitusiyasının 109-cu (prezidentinin səlahiyyətləri) maddəsinin 22-ci (əvf etmə) bəndi əsasında əfvetmə Prezidentin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur.
Əfvetmə, bir qayda olaraq, Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə rəsmiləşdirilir.
Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.Politika.Az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar