Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlərin daha bir güzəşti ləğv olundu – Nazirlik telefon pulunu tələb edir

Tarix: 31-10-2016 14:57     Baxış: 3561 A- / A+
Məcburi köçkünlərin daha bir güzəşti ləğv olundu

Azərbaycanda məcburi köçkünlərə dövlət tərəfindən ayrılan güzəştlərlə bağlı problemlər yaranıb. Paytaxtda məskunlaşan bir neçə ailə artıq güzəştlərdən məhrum edilmələri barədə müraciət ediblər.

Ən çox şikayət ev telefonlarının aylıq limitinin artıq “Qaçqınkom” tərəfindən ödənilməməsi ilə bağlıdır. Məcburi köçkünlər bildirir ki, “ATS”dən zəng edib bildiriblər ki, şəhər telefonlarının 3 aylıq abunə haqqı köçürülməyib. Bundan başqa, məcburi köçkünlərə bildiriş göndərilərək 2016-cı ilin iyul, avqust, sentyabr ayları ərzində Dövlət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitədən hesablar üzrə ödənişin aparılmadığı barədə məlumatlandırılıblar.

Məcburi köçkünlərə məktub vasitəsilə bildirlib ki, yaranmış maliyyə çatışmazlığı ilə əlaqədar köçkünlərin istifadəsində olan şəhər telefonarının aylıq abunə haqqlarının ödənişi 01.08.2016-cı ildən dayandırılıb. Məktubda abunə haqlarının abunəçilərin özləri tərəfindən ödənilməsi təklif olunur.

Mövzu ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən bildirdilər ki, məsələ sırf “Qaçqınkom”a aid olduğundan bu barədə heç bir söz deyə biməzlər.

Nazirlikdən məcburi köçkünlərin həqiqətən də 3 aydan artıqdır ki, aylıq abunə haqqının ödənilmədiyini deməklə kifayətləndilər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov isə məzuniyyətdə olduğundan baş verənlərdən ümumiyyətlə xəbərsiz olduğunu dedi.

Yeri gəlmişkən, 2017-ci ildən məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq.

Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. Yaxın vaxtlarda isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək.

Məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər. Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə verilməsi nəzərdə tutulur. Bunun icrasına isə 2017-ci ilin yanvarında başlanılacaq.

“Qaçqınkom”un kommunal xidmət şöbəsindən sorğumuza cavab olaraq bildirdilər ki, hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb:

"Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb: “Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq. Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil”.

“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən isə, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə yemək xərci üçün aylıq müavinət artıq verilmir. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb.

Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib. Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.

Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.(hafta.az)

Məcburi köçkünlərin daha bir güzəşti ləğv olundu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar