Xəbər lenti
50 yaşdan sonra uşaq doğan azərbaycanlı qadınlar
Avropa ölkələrində qadınların 40-45 yaşdan sonra ana olması adi bir hal olsa da, Azərbaycanda qadınlar bəzi obyektiv və subyektiv səbəbləri əsas götürərək, həmin yaşdan sonra ana olmaq istəmirlər. Bir çox qadınlar isə bu dövrü ana olmaq üçün olduqca gecikmiş yaş hesab edirlər.
Maraqlıdır ki, Azərbaycanda nəinki 45, hətta 50 və daha yuxarı yaşda ana olan qadınlar da var. Statistik rəqəmlərə nəzər saldıqda görmək olur ki, 45-50 yaşda ana olan qadınların sayı 1995-ci illə müqayisədə daha çoxdur.
Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 1995-ci ildə Azərbaycanda 45-49 yaş arasında olan qadınlar tərəfindən 84 uşaq doğulmuşdusa, 2015-ci ildə həmin yaşda olan analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 133-ə çatıb. 2005-ci ildə 45-49 yaşlı qadınlar tərəfindən 216, 2010-cu ildə 202, 2011-ci ildə 182, 2012-ci ildə 168, 2013-cü ildə 184, 2014-cü ildə 138, 2015-ci ildə isə 133 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən isə 1995-ci ildə 6, 2005-ci ildə 18, 2010-cu ildə 32, 2011-ci ildə 24 , 2012-ci ildə 42, 2013-cü ildə 46, 2014-cü ildə 31, 2015-ci ildə isə 38 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhərlərin payına düşür. 2013-cü ildə şəhərlərdə bu yaşlı qadınlar tərəfindən 33, 2014-cü ildə 23, 2015-ci ildə 25 uşaq dünyaya gətirilib.
Ötən il 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların 25-i ananın 1-ci, 9-u 2-ci, 3-ü 3-cü, 1-i 4-cü uşağı olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar