Xəbər lenti
Din xadimindən 4 arvad saxlayan kişiyə ETİRAZ
Azərbaycanda bir kişinin kəbinlə saxladığı 4 arvadı ilə eyni damın altında yaşaması faktı ictimailəşib. Cəmiyyətdə birmənalı qarşılanmayan bu fakt "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınmış həmin arvadlardan biri tərəfindən üzə çıxarılıb.
Məsələyə din xadimləri də münasibət bildiriblər.
“İlk olaraq onu demək istəyirəm ki, çoxarvadlılıq İslam dininin təşviq etdiyi əməllərdən biri deyil. Bir kişinin bir neçə qadınla nikaha girməsi zamanı münasibətlər pozulursa, bu, yolverilməzdir”.
Bunu “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, sadəcə, müəyyən şərtlər daxilində çoxarvadlılığa icazə verilib.
“Peyğəmbər zamanında kişilər şəhid olurdu, qadınlar dul qalırdı deyə, bu cür hallar baş verirdi. Daha doğrusu, çoxarvadlılıq xüsusi şərait üçün nəzərdə tutulurdu. Ona görə də İslam dini insanları buna əməl etməyə çağırmır.
Əgər kişi bir neçə qadınla ailə həyatı qurarsa və bu, narazılığa səbəb olarsa, ədalət prinsipləri pozularsa bu, düzgün hal deyil. Qadınların hüquqları tapdalansa, onların bir evdə saxlanılması zamanı ədalətsizliyə yol verilirsə, o zaman bir kişinin bir neçə qadınla eyni evdə yaşaması doğru deyil”.Modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar