Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

NASA-ya gedəcəyi ilə hər kəsi aldadan gənc ifşa olundu

Tarix: 29-10-2016 10:17     Baxış: 5392 A- / A+
 NASA-ya gedəcəyi ilə hər kəsi aldadan gənc


Amerika səfirliyi təkzib yaydı, jurnalistlər ifşa etdi

Sosial şəbəkələrinin qəhrəmanına çevrilən Kənan Əhmədli adlı gəncin NASA ilə bağlı yaydığı məlumat yalan çıxıb. Bir neçə gündür ki, ictimai müzakirələrə səbəb olan bu məsələnin detallarını oxuculara çatdıraq. ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb. Məsələyə səfirliyin qarışmasının səbəbi isə olduqca sadədir.

Belə ki, bir neçə gün öncə səfirliyin rəsmi facebook səhifəsində K.Əhmədli haqda aşağıdakılar yazılmışdı: “İstedadlı və gənc azərbaycanlı proqramçı Kənan Əhmədli bu yaxınlarda ABŞ-a NASA-da təcrübə keçməyə yola düşəcək! Kənan proqramlaşdırma və meta-proqramlaşdırma sahəsində çalışır... Biz, Kənana uğur arzu edirik və əminik ki, bu möhtəşəm imkan ona parlaq karyera qurmağa kömək edəcək”.

Amma bu məlumat izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və onun mötəbərliyinə şübhə ilə yanaşıblar. Etiraz edənlərdən biri də jurnalist Turxan Qarışqa olub. Həmkarımız aşağıdakıları yazıb: “Bu gənc deyir ki, NASA-da intern (təcrübə) keçəcək. NASA-nın rəsmi saytı isə deyir ki, onlarda Azərbaycan və digər ölkələr üçün təcrübə proqramı yoxdur (Təcrübə ölkələrinin siyahısı: https://intern.nasa.gov/non-us-opportunities/index.html) Kənan deyir ki, təcrübə programını New York-da kedəcəkmiş. New Yorkda NASA-nın təkcə bir İnsitutu var - Goddard institute for space studies. Orda da ancaq iqlim dəyişiliyi və s. tədris olunur (http://www.giss.nasa.gov/edu/intern/) Camaatı aldadır ki, Robotics üzrə təlim keçəcək. Robotics sahəsində təlim və tədrisləri New York-da yox, ancaq California-da keçirlər - insitutun adı ”Jet propulsion lab" Belə xırda detallar çoxdur. Təbii, çox istərdim Azərbaycandan gənclər gedib oxusun, təhsil alsın. Amma camaatı dolmasınlar. Ehtimal ki, bu gənc NASA zad adıyla özünü promote- reklam edir və şirkətlərdən pul qopardır.

NASA-ya məktub atmışam, yəqin yaxın günlərdə cavab da gələr. NASA-ya turist kimi getmək mümkündür- turistik səfər var. Apply edib hamı gedə bilər".

Yazının girişində qeyd etdiyimiz kimi, səfirliyin məsələyə reaksiyası da bu cür ifşaedici rəylərdən sonra olub. Səfirliyin reaksiyası aşağıdakı kimi olub: “Dostlar, dünəndən etibarən paylaşdığımız hekayə ilə bağlı bir çox şikayət gəldi və Kənan Əhmədlinin NASA-da təcrübə keçmə məlumatının yanlış olduğu iddia olundu. Biz məsələni araşdırdıq və çoxsaylı şikayətləri, həmçinin məsələ ilə bağlı bizimlə paylaşılan məlumatları nəzərə alaraq, o qənaətə gəldik ki, paylaşdığımız məlumat səhvdir. Bizə məlumat KİV-dən daxil olub və sosial şəbəkələrdə məsələ ilə bağlı yayılan məlumatların doğru olub-olmamasını yoxlamaq bir qədər zaman aparıb. Məsələyə aydınlıq gətirmək üçün kömək edən və bununla bağlı bizə məlumat verən hər bir şəxsə ayrı-ayrılıqda təşəkkür edirik”.

Jurnalist Turxan Qarışqa bundan sonra gəncin yalanını daha bir neçə faktla ifşa edib. Həmin məqamları sizlərin nəzərinə çatdıraq: “Kənan iddia edirdi ki, o, ABŞ-a Azərbaycan vətəndaşı kimi getmir. Amma paylaşdığı bir fotoda Azərbaycan pasportu görünür. Amerika səfirliyi artıq postuna düzəliş edib. Və fırıldaqçı haqda yazıb ki, NASA-ya gedən yoxdur. Kənan onları da aldada bilibmiş. Çox adamlar səfirliyə inandı.

Səfirlik isə çox gec redaktə etdi mətni. ABŞ səfirliyi sosial media işinə ciddi yanaşmalıdır və belə hallar gələcəkdə olmamalıdır. Kənan hələ də bizi aldatmağa davam edir ki, o New Yorka-a gedib. Dünən Istanbul vaxti ilə New York-a uçuş olub saat 18:10-da. Bu adam əgər o təyyarə ilə gedibsə orda internet olmayib. Çünki THY yalniz Boeing B777-300ERs və Airbus A330-300s modellərində internet olur.

Fırıldaqçının uça biləcəyi ehtimal olunan təyyarə isə airbus A330-303s modelidir. Bu təyyarələrdə də internet olmur. ”NASA"çı gənc öz qruplarının səhifəsini dondurub. Səhifələrinə də dünən baxdım - Kibercinayətkarlıq tədris olunur və s.

Belə insanların arxasında imkanlı insanlar dayanır və kurs falan təşkil edib, insanları aldadıb, pullarını alırlar. Əlavə olaraq - Kibercinayətkarlığa görə bu uşaq həbs edilə bilər. Ən azında araşdırılmalıdır belə hallar".

Sevinc TELMANQIZI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar