Xəbər lenti
“Qardaşım Allahın ümidinə qalıb” - Xalq artistinin qızı fəryad edir
Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır. Bacısı Gülbəniz Zeynalovanın sözlərinə görə qardaşının vəziyyəti ağır olduğundan əməliyyat oluna bilmir:
“İnsult keçirib, beyninə qan sızıb. Buna görə danışa bilmir, yaddaşı yoxdur, adımızı da xatırlamır. Vəziyyətində nisbi irəliləyiş var, amma hələ palataya keçirmirlər, həkimlər deyir ki, olmaz. Çünki böyrəkləri ilə bağlı ciddi problemi var və bu, onun sağalmasına imkan vermir. Çox pis vəziyyətdədir, bilmirik nə edək”.
Gülbəniz Zeynalova bildirdi ki, hələ ki, rəsmi qurumlardan qardaşının vəziyyəti ilə bağlı maraqlanan yoxdur: “Yalnız öz işlədiyi teatrdan olan iş yoldaşları və oranın direktoru İftixar Piriyev gəlir. Bu yaxınlarda xalq artisti Arif Quliyev, Tahir İmanov, atamın köhnə dostları da xəstəxanaya gəlmişdilər. Onların arasında Qarabağ əlilləri də var idi. Mətbuatda gedən çoxsaylı yazı və məlumatlara baxmayaraq dövlət qurumlarında hələ ki heç kəs maraqlanmayıb”.
Gülbəniz Zeynalova həmçinin bildirdi ki, qardaşının müalicəsi ilə Heydər Əliyev Fonduna müraciət edəcək:
“Həkimlər deyir ki, qardaşımın ürəyi də zədələnib. ”Semaşko"da Allahın ümidinə qalıb, heç bilmirəm orda ona nə edirlər. Heç olmasa güclü həkimlər ayrılardı. Əlimizdə nə var idi, hamısı müalicələrə getdi. Doğrudur, xəstəxanadan həkimlər bizdən pul almırlar, amma iynə-dərmanlar var ki, onları mütəmadi almalıyıq. Mən tək qalmışam, dövlət işində işləyib, maaşa baxan adamam. Artıq bütün imkanımız tükənib, heç nəyi çatdıra bilmirik. Bu günə qədər heç kəsə müraciət etmirdik. Amma indi lazımdır. Qardaşım çox pis vəziyyətdədir, bunun sonu necə olacaq, bilmirəm. Bunun üçün Fonda müraciət edəcəyik. Bəlkə oradan bizə köməklik etdilər".
Xatırladaq ki, xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bu günlərdə yolda qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar