Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar -FOTOLAR

Tarix: 23-10-2016 18:19     Baxış: 2478 A- / A+
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar


Oktyabrın 22-də və 23-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində 11 bölgənin jurnalistləri bir araya gəlib. Onlara 2 gün ərzində «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda təlim keçilib. Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud bölgələrdə yaşayanları maarifləndirməkdir.

Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən qəzetlərin jurnalistləri qatılıb. Təlimi “Mingəçevir Valdeynlər Assosiasiyası” İctmai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva və müstəqil media eksperti Ələsgər Məmmədli aparıblar. Məqsəd qlobal problem barədə region KİV-ləri nümayəndələrini və onların vasitəsilə mövcud bölgələrdə yaşayanları maarifləndirməkdir.

Tədbirin birinci günü zehni hücum üsulu ilə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda da danışılıb. İnteraktiv keçən təlimdə jurnalistlərin insan alverinə qarşı mübarizə aparan QHT-lərlə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Növbəti gün insan alveri qurbanları və potensial qurbanlarla bağlı yazıların mediada işıqlandırılmasına toxunulub. «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı» və insan alverinin qarşısının alınması ilə bağlı beynəlxalq qanunvericilik barədə danışılıb. İnsan alveri qurbanlarına və ya potensial qurbanlara hüquqi yardım və insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsində medianın rolu, insan alveri qurbanı olan şəxslərlə bağlı yazıların hazırlanması zamanı əhəmiyyətli hesab edilən amillərə diqqət yetirilib. Qeyd olunub ki, proqram çərçivəsində bir saatlıq verilişin və videoçarxın çəkilişi və yerli TV-də yayılması, bölgə qəzetlərində insan alveri probleminə dair araşdırma yazıların hazırlanması, region jurnalistləri arasında insan alveri probleminə dair məqalə müsabiqəsinin keçiriliməsi nəzərdə tutulub.

Elnarə Günəş

11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar
11 bölgənin jurnalistləri Mingəçevirdə müzakirələr aparıblar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar