Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yerli seriallardakı qüsurlar - Belə etmək olmaz!

Tarix: 22-10-2016 09:26     Baxış: 4423 A- / A+

Yerli seriallardakı qüsurlar

Azərbaycanda filmlərin və serialların çəkilməsi üçün dövlət tərəfindən telekanallara dəstək verilir. Büdcədən ayrılan vəsaitlər hesabına çəkilən yerli seriallar nümayiş olunur və bu sahəyə olan maraq günü-gündən artır.

Əslində bu, müsbət dinamikadır. Etiraf edək ki, bir çox serialların sujet xətti tənqid hədəfinə tuş gəlir. Belə seriallarda geniş kütləyə təsir imkanları və maarifçilik missiyası əksər hallarda unudulur. Buna səbəb telekanallar arasında reytinq davasıdır.

Nümumə üçün deyə bilərik ki, bu gün bir çox seriallarda ailə daxili münaqişələr şişirdilmiş formada təqdim olunur, qızlar, qadınlar alçaldılır, ər tərəfindən qadına şiddət göstərilir, təhqir edilir.

Psixoloq Elnur Rüstəmovun fikrincə, bir çox ölkələrdə ideoloji təsir, marketinq təsiri, informasiyaların insanlara çatdırılması idman və filmlər üzərindən aparılır və yaxşı nəticələr əldə olunur. “Türkiyədə film çəkilərkən əvvəlcə konsepsiya olur və filmdə iştirak edən aktyorlardan, ssenari müəllifi və rejissordan əlavə ora mütəxəssislər cəlb olunur, məsələn din sahəsindən, psixoloq, marketinq sahəsindən. Bir film üzərində bu proseslər aparılır və vahid konsepsiya ondan ibarət olur ki, film izlənilsin, zövq alınsın və lazımi nəticələr çıxarılsın, lazımi informasiyalar verilsin.

Yerli seriallardakı qüsurlar

Məsələn, “Mühtəşəm Yüzyıl Kösem” çəkiləndə Hürrəmin paltarları və aksesuarları satışa çıxarıldı. Bu, insanların marağına səbəb olub. Bu gün Azərbaycanda seriallar və filmlər çəkilir. Filmlərin çəkilməsinə yaxşı olardı ki, mütəxəsisslər də cəlb olunsun. Tutaq ki, ailədaxili münaqişələr göstərilirsə, bunu necə həll etmək lazımdır və problem nədən yaranır, onu göstərmək vacibdir. Filmlərdə, seriallarda valideyn-övlad, ərlə arvad münasibətini yaxşı istiqamətdə təbliğ eləmək, insanları bu istiqamətdə maarifləndirmək lazımdır. Belə məqamda qazanan toplumumuz, cəmiyyətimiz olacaq. Əks təqdirdə bunlar fəsad yarada bilər. İnsanlar filmdə görüklərini həyata tətbiq etməyə çalışırlar.

E.Rüstəmov bildiririb ki, 20 il bundan əvvəl çəkilən filmlərdə daha çox kənd həyatı göstərilirdis,ə bu gün şəhər həyatı, dəbdəbə, bahalı maşınlar nümayiş olunur.

“Əvvəlki filmlərdə çətin həyat şəraitini yaşayan insanlar təbliğ olunurdusa, bu gün filmlərdə çəkilənlər hamısı bahalı həyat sürür, bahalı yerlərdə yaşayırar. Nəticədə insanlar süuraltı təşviq olunur. İnsan yaxşı yaşamalıdır, amma zəhmetkeş insanlar göstərilməli, insanlar elmə təşviq edilməlidir. Azərbaycanda seriallar və filmlərin çəkilməsində yaxşı olardı ki, komanda çalışsın, mütəxəssislər cəlb olunsun. Belə olmayanda isə ailələrimiz zəiyyət çəkir”.

Psixoloq seriallarda qadının təhqir edilməsinin doğru olmadığını vurğulayıb. “Nəzərə almaq lazımdır ki, serialları izləmək porosesində bütün insanlar eyni fikirdə və düşüncədə olmur. Ola bilsin ki, kimsə serialı izləyən ərəfədə ailəsində doğrudan da problem yaşasın. Bu zaman o, seyr etdiklərini öz üzərində tətbiq edəcək. Belə məqamlarda diqqətli olmaq lazımdır. Məsələyə bir tərəfdən yanaşmaq doğru deyil”.

Yerli seriallardakı qüsurlar

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı isə bildirib ki, Azərbaycanda çəkilən serial və filmlər cəmiyyətin reallığını əks etdirir. “Rus serialları və filmlərində oğrular və kriminal hadisələr işıqlandırılır. Onlar mövcud həyatı əks etdirir. Amma bu, o demək deyil ki, həmin film və seriallardan nümunə götürməliyik”.

A.Naxçıvanlı qeyd edib ki, həmin seriallarda zorakılıqlar əks olunsa da, sonda problem açılır və hadisələrin hansı səbəbdən bu məcrada davam etdiyi göstərilir.
“O problemlər həyatda insanların öz üzərində görmədiklərinin ekranlaşmış formasıdır ki, baxıb nəticə çıxarsınlar. Seriallar rejissorun fantaziyası, təxəyyülüdür. İnsanları cəlb etmək üçün çox vaxt belə səhnələrə əl atılır. Müharibə ilə bağlı o qədər filmlər çəkilib ki, orada hamı humanist hərəkət edib? Orada həyatda olan bəzi epizodlar göstərilır və nəticə çıxarılır.

Əlbəttə, seriallarda zorakılıq, şiddətin əleyhinəyəm, Səhnəyə aid olmayan hərəkətlərin göstərilməsinin tərəfdarı deyiləm. Elə epizod olur ki, bir saniyə ilə göstərmək olar, baxırsan ki, az qala 10 dəqiqə eyni səhnəni göstərir. Bu nəyə lazımdır? Baxmayaraq ki, həyatımızda bu cür hadisələr var”, - deyə deputat vurğulayıb.(AzVision.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar