Xəbər lenti 
					
 
		Azərbaycanda yeni zavod tikilir

Sumqayıt Kimya Sənaye Parkında sənaye parkının rezidenti olan “AzerFloat” QSC və Almaniyanın “HORN Glass Industries AG” şirkəti arasında saziş imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sənədə əsasən, şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq şüşə lövhələri istehsalı müəssisəsinin layihələndirilməsini həyata keçirəcək, müəssisəni müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək.
“AzerFloat” QSC şirkəti Sumqayıt Kimya Sənaye Parkında “Float” texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 mln kv.m müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.
Ümumi investisiya dəyəri 89 mln. avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. “AzerFloat” QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















