Xəbər lenti
Türkiyədə qadın dayanacaqda 25 min MANAT TAPDI
Türkiyədə, Edirnəkapıda dünən axşam saatlarında rəfiqəsinin qızı ilə gəzintiyə çıxan Hənifə Öndər avtobus dayanacağında "xəzinə" tapıb.
Dayanacaqda sarı bir paket onun diqqətini çəkib. Paketin sahibsiz olduğunu görən Hənifə Öndər ilk olaraq şübhəylə yaxınlaşıb. Əyilərək paketi açan Öndər içərisində dəstə ilə pullar görüb. Avtobus dayanacağının yanında heç kimin olmadığını görən qadın pul dolu paketi götürərək polis idarəsinə gedib. Paketin içində təxminən 25 min Azərbaycan manatı olduğu müəyyən edilib.
Sosial şəbəkədə elan verdi:
Tapdığı pulun sahibinə qaytarılması ən böyük xahişi olduğunu vurğulayan Öndər ''Belə bir halla qarşılaşan hər kəsin bu davranışı etməsini gözləyirəm. Polis məmuru və dostlarım bu hərəkətimə görə məni, onsuz da, təbrik ediblər. Pul üçün adam öldürürlər, nümunəvi davranışınıza görə sizi təbrik edirik" dedilər. Pulun sahibi tapılsa, tanış olmaq istəyirəm. İnşallah, pul yerinə çatar və xoşbəxt olar o şəxs. Restoranda işləyirəm. Alnımızın təri ilə qazandığımız pulu yeyirik. Aşpaz köməkçisiyəm''
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar