Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkərandakı qadın çimərliyi :''Kişi gəlmişdi, qovduq''-VİDEO

Tarix: 09-08-2016 20:14     Baxış: 4479 A- / A+
Lənkərandakı qadın çimərliyi

Lənkəranda qadınların ayrıca çimərliyi var. Burası qapalı, bağlı bir yer deyil, sadəcə, sahildə taxta arakəsmələrlə bir tərəfi kişilər, bir tərəfi qadınlardan ötrü ayrılıb.

Ancaq arakəsməyə baxmayaraq, qadınlar arasında çimərlik geyimində olanlar tək-tükdür.

“Şəhərə baxmayın, bura rayon yeridir, qadınla kişi necə bərabər suya girsin”, Masallıdan gələn Aidə xala deyir.

– O zaman burda kişi yoxdursa, niyə suya paltarla girirsiz?

– Ayıbdır, axı, müsəlmançılıqdır.

Bu çimərliyə giriş 1 manatdır. Qumsallıqda 10-12 stol, günəşlik qoyulub. Gec gələn süfrəsini qumda açmalı olur. Çimərlikdəkilərin çoxu Masallı və ətraf kəndlərdən gələnlərdir. Aidə xala da Masallıdan gəlib, deyir ki, onun həyat yoldaşı yoxdur, indi ona kişilərlə bərabər eyni çimərlikdə dincəlmək yaraşmaz.

–– Uzaqdadırlar, ordan nə seçirlər, kim kimdir. Bayaq bura bir kişi azıb gəlmişdi, arvadlar qovdu, – gülür.

“Məhlədəki kişilər arvad-uşağını mənə etibar edib”

– Axı, odur, kişilər dənizdən görünürlər.

–– Uzaqdadırlar, ordan nə seçirlər, kim kimdir. Bayaq bura bir kişi azıb gəlmişdi, arvadlar qovdu, – gülür.

"Mən cavan gəlinimlə, nəvələrimlə gəlmişəm. Həyət-bacanın gəlinini gətirmişəm. Hələ o uzaqda oturub ha kişilər, onlardan belə narahat oluram. Az qalıram, gedim deyəm ki, “sizin yeriniz o tərəfdədir də, durum gedin ora”. Mən cavabdehəm bura gətirdiyim qıza-gəlinə. Məhlədəki kişilər arvad-uşağını mənə etibar edib, mən gəlməsəm, kimsə qızını-gəlinini buraxmaz," – deyə 65 yaşlı Səkinə Səfərova söhbətə qoşulur.

Onlar səhər tezdən mikroavtobus tutub gəliblər. Demək olar ki, havalar isinəndən bəri çimərliyə gəlib bir neçə saat burda dincəlirlər: “Elə günorta namazını qılıb minirik maşına, bir də axşam dönürük, hər şey yaxşıdır, çimərlik təmizdir, kimsə narahat eləmir, evimizdən özümüzlə də yemək, çay, su gətiririk”, Aidə xala deyir.

10 ildir çimərliyə gedirlər

Səkinə Səfərovanın sözlərinə görə, Lənkəran-Masallı bölgəsində 10 ildir ki, qadınların ayağı çimərliyə açılıb. O, dənizin bir addımlığında yaşaya-yaşaya dənizdə çimməyin dadını bilməyə-bilməyə böyüyüb, qocalıb:

“İndi hər şey dəyişir, bizim vaxtımızda qadın –qız dənizə girəmməzdi. O vaxt yoldaşım qayınanamı gətirirdi, ayağını quma basdırırdı, amma mənə icazə yox idi buralara gəlməyə. Daha çox yaşlı qadınlar gəlirdi o vaxt, qumuna görə, amma paltarla belə suya girməzdilər”.

Səkinə Səfərova deyir ki, qızları Bakıda yaşayır, onlar dənizə rahat gedib-gəlirlər, çimərlik geyimi geyinirlər, “mən də gedəndə gedib otururam eləcə çimərlikdə, amma suya girmirəm, indi qızlarım bura gəlsə, burda da çimərlik paltarında girərlər suya”.

Aidə xala isə ona etiraz eləyir ki, deyir ki, o, gəlininə lap elə qadın çimərliyində də çimərlik paltarı geyməyə icazə verməz.

“Gəlinim dedi, “paltarlı çiməcəksiz, istəmirəm””


Qumda özünü günə verən bir dəstə qadına yaxınlaşırıq. Sudan bayaqdan çıxıblar, əyinlərindəki paltar quruyub. Onlardan lap gənci isə hicablıdı. Paltarı hələ yaşdı. Oturub qumu şalvarda olan ayağına tökür.

Rusiyadan gəlib, o da Masallının kəndlərindən birində yaşayır. Deyir ki, Rusiyada böyüyüb, orda dənizə, çaya çox gedib, amma indi hicab geyindiyindən heç qadın çimərliyində də soyunmaq istəmir: “Görmürsüz, orda kişilər var?” əlini dənizə sarı uzadıb uzağı göstərir.

Adını söyləmək istəməyən qadınlardan biri deyir ki, onun gəlini də Rusiyadan gəlib:

“Dedim gəl gedək, gəlmədi, açığı, dedi ki, “siz orda paltarlı çiməcəksiz, istəmirəm”. Dedim, “bala, ərin qoymur, mən neyləyim”.

Amma onlar durumlarından narazı deyillər. Suya girib günəşlənmək, dərddən-qayğıdan bir neçə saat uzaq durmaq ovqatlarını yüksəldib, qadınlardan biri belə deyir.

Oğlu və qızı ilə Bakıdan Lənkərana istirahətə gələn Nuridə Əliyeva isə o qədər də məmnun görünmür, deyir ki, 14 yaşlı oğlunu içəri buraxmayıblar: “Bizi bura, oğlumu kişilər olan tərəfə göndərdilər. Ürəyim qalıb yanında. Üzməyi yaxşı bilmir, ona görə indi durub gedəcəyik” ("Azadlıq" radiosu).


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar