Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistdən icra başçısına inanılmaz sözlər: "Bədbəxt və zavallı məxluq!"

Tarix: 11-10-2016 13:22     Baxış: 4384 A- / A+

Əməkdar jurnalistdən icra başçısına inanılmaz sözlər:

Xalid Niyazov

Əməkdar jurnalist Xalid Niyazov Xətainin icra başçısı Razim Məmmədovla bağlı sensasion ittihamlar irəli sürüb.

Manevr.az xəbər verir ki, o, bu ittihamları özünün "Feysbuk"dakı səhifəsində yazıb.

Həmin yazını olduğu kimi təqdim edirik:

"FB izləyiciləri bilirlər ki, mən hələm- hələm nəsə yazan deyiləm. Ancaq bu gün gördüklərim?! Yüz il əvvəl – Yazıq məmləkət!

Yazıq Vətən!- deyən aydınlarımız nə qədər haqlı və nə qədər də müasir imişlər. Çünki onların ürək ağrısı və qəlb yanğısı ilə səsləndikləri nadanlar bu gün də sağdılar, aramızdadırlar. Hətta hansı yollarlasa ən mühüm vəzifələrə belə dürtülə biliblər.

Əlqissə, bu gün Xətai RİH-də gördüklərim "tunelin sonunda” hər hansı bir işığın ola biləcəyi ehtimalına ümidlərimi bir xeyli sarsıtdı.

Əməkdar jurnalistdən icra başçısına inanılmaz sözlər:

Razim Məmmədov

Razim Məmmədovun "balapadşahlığının” 10 illik tarixçəsinin həm maraqlı, həm qaranlıq, həm də "həlləm-qəlləm” məqamları ilə bağlı bir xeyli yazı nəzərdə tutduğumdan təfərrüata varmayacağam.

Deməli, sifətində "IQ”-sü yazılmış başçı nə aglının, nə adamlıgının, nə də ki biləyinin gücü çatdığı bəzi vəzifəli adamların əleyhinə şantaj xarakterli donos ala bilmədiyi iş adamlarını cəzalandırmaq məqsədilə bir aya yaxındır ki, onlara məxsus obyektlərin işığını kəsdirib. Təsəvvürünüzə gətirə bilirsinizmi?!

Bayırda XXI əsrdir, ölkə Prezidenti gecəsini gündüzünə qatıb insanların həyatını asanlaşdırmaq və yaxşılaşdırmaq üçün can qoyur, komandası "farağat” vəziyyətindədir, hər kəs bacardığı işin qulpundan yapışıb, amma Xətai RİH başıçısı mağara şüuru, əşirət qaydaları ilə işləyir, onlarla ailənin çörək yediyi iş yerlərinin enerjisini kəsir. Adam rəsmi dönüb olub "montyor”!

Həmin insanlar gəlib başçi ilə görüş tələb etdilər, haqlarını tələb etdilər. Çifayda! Qəbri nurla dolsun, böyük Füzuli, elə bil o da yarım əsr əvvəl padşah sarayında deyil, Xətai RİH-də yazıbmış – Salam verdim, rüşvət deyil deyə almadılar.

Əvəzində özünü paytaxtin böyük bir rayonunun "qibleyi-aləmi” hesab edən başçı götürüb rayon polisinin rəisinə zəng vurur ki, həmin "şuluqçuları” çağır, qulaqburması ver. Bədbəxt və zavallı məxluq! O topuqdan olan ağlı ilə elə bilir ki, başqaları da özü ağıldadır.

Görün, bu oliqarx-məmur nə qədər harınlayıb ki, Prezidentin az qala hər çıxışında sahibkarlara qayğı, vətəndaşlara diqqət, bütövlükdə məmur təvazökarlığı ilə bağlı dönə-dönə vurğuladığı, təkrarladığı tövsiyə və tapşırıqları qulaq ardına vurur, zorbalıq edir, haqqını tələb edən vətəndaşı polislə üz-üzə qoymaq istəyir.

Bəli, bu gün Azərbaycana mane olan iqtisadi çətinliklər, maliyyə böhranı və s. deyil. Dövlət başçısının rəhbərliyi ilə həmin problemləri dəf edəcəyik. Amma Razim Məmmədov kimi yerində olmayan məmurların məsuliyyət "devalvasiyası”, düşüncə qısırlığı qaldıqca insanlari sabahkı günün aydinlığına və ölkədə aparılan islahatların perspektivinə inandırmaq çox çətin olacaq.

Deməli, neynəmək lazımdır?

Hər bir hərəkəti, davranışı, səviyyəsi ilə ümumi inkişafımıza badalaq olan, insanların sabahkı günə işıqlı ümidlərini zülmətə qərq edən, feodal dünyagörüşlü, siyasi şüur və səbatı "prorab” səviyyəsindən yuxarı qalxmamış elementlerdən izalə olmaq.

Heyf, Xətai rayonundan!”.(strateq.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar