Xəbər lenti 
					
 
		Direktor “150 süpürgə”dən danışdı - “Adını açıqlasınlar...”

Ötən gün sosial şəbəkələrdə Bərdənin Hacallı kənd orta məktəbində valideynin “süpürgəpulu” əvəzinə məktəbə 150 ədəd süpürgə göndərməsi ilə bağlı yayılan məlumat müzakirələrə səbəb olub.
Manevr.az-ın məlumatına görə, “Qafqazinfo” yayılan məlumatla bağlı Hacallı kənd orta məktəbinin direktoru Səyyarə Zeynalova ilə əlaqə saxlayıb. Məktəb direktoru məlumatın yalan, şantaj xarakterli olduğunu vurğulayıb:
“Onu yayan kimdirsə, həmin valideynin adını da açıqlasın ki, həqiqət üzə çıxsın. Axı elə bir valideyn yoxdur. Niyə bizim xalq yalan məlumatın arxasına belə düşür? Mənə də təsir edən budur ki, yaxşı şagird olsa, onu bu qədər axtarmazlar.
Bizim məktəbdə “süpürgəpulu” yığmaq məsələsi yoxdur. Mən rayon təhsil şöbəsinə, Təhsil Nazirliyinə bu haqda məlumat vermişəm. Onlardan sözügedən məlumatı yayanın axtarılması üçün kömək istəmişəm. Məktəb şəhid qardaşım Elxan Zeynalovun adını daşıyır. Bu həm də şəhid adına da ləkədir”.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















