Xəbər lenti
Prezidentdən məmur özbaşınalığı ilə bağlı XƏBƏRDARLIQ
"Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim".
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
Ölkə başçısı bildirib ki, onun regionlara dalbadal səfərlərindən sonra yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır.
"Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir. Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq. Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib.
Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm. Yeri gəlmişkən deməliyəm ki, bu il biz Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının üçüncü proqramını başa çatdıracağıq. Birinci proqram 2004-cü ildə qəbul edilib. Bütün bu proqramlar, onların çox hissəsi yerlərdən verilən təkliflərə əsaslanır. Yəni, bu proqramlar ümumi xarakter daşımır, bunlar şüarlar deyil. Orada hansı şəhərdə, hansı kənddə, nə vaxt hansı işlər görüləcəyi konkret əksini tapıb. Bu, bizim beşillik fəaliyyətimiz üçün əyani sənəddir. Biz üçüncü proqramı tamamlayırıq. İndidən görünür ki, biz onu xeyli artıqlaması ilə yerinə yetirmişik. Buna görə də düşünürəm ki, gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması və sahibkarlar, iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar