Xəbər lenti
Bakıda məşhur məktəbin direktoruna töhmət verildi
Son günlər kütləvi informasiya vasitələrində Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseylə bağlı yayılan məlumatlara əsasən, bu təhsil müəssisəsində araşdırma aparılıb.
Təhsil Nazirliyinin apardığı xidməti araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinin zəif təşkil edildiyi, bir sıra istiqamətdə qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub.
Aldığımız məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən, Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Həmçinin aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar