Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentliyə namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı başa çatıb

Tarix: 04-04-2018 10:03     Baxış: 4210 A- / A+
Prezidentliyə namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı başa çatıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Azərbaycan Prezidentliyinə namizədlər üçün ayırdığı ödənişsiz efir vaxtı başa çatıb.

Şirkət namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırıb.

Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib. Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib. Belə ki, "dəyirmi masa"nın vaxtı bir gün əvvələ, yəni ötən həftənin bazar gününə təyin edilib. Ona görə də bu gün-aprelin 4-də prezidentliyə namizədlərin debatı olmayacaq.

Bundan sonra prezidentliyə namizədlər ödənişli efir vaxtından isə istifadə edə bilərlər. İTV-də Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-da dayandırılacaq.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu). report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar