Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ana qızlarını ərinin təcavüzündən qorumaq üçün... - Bakıda dəhşətli hadisələr

Tarix: 07-10-2016 18:40     Baxış: 4520 A- / A+
Ana qızlarını ərinin təcavüzündən qorumaq üçün...

Araşdırma zamanı məlum olub ki, uşaqlar atalıqları ilə yaşayıblar və onlar onun tərəfindən dəfələrlə seksual təcavüzə məruz qalıblar

Yasamal rayonunun hüquq-mühafizə orqanları, hazırda həddi-buluğa çatmamış qıza qarşı seksual xarakterli intsest (yaxın qohumlar, yaxud da qan qohumları ilə olan cinsi əlaqə) hərəkətləri, xüsusi ağırlaşdırıcı hal kimi araşdırır. Bu barədə Sputnik-ə Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Paytaxtın 32 yaşlı sakini A.Q. rayonun 26-cı polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun 28 yaşlı qardaşı 16 yaşlı bacısına qarşı seksual hərəkətlər törədib. Polis idarəsində bildiriblər ki, hələlik faktla bağlı saxlanılan şəxs yoxdur, yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz halı araşdırılır. Psixiatr Fuad İsmayılov Sputnik-lə söhbətində bildirib ki, intsest nadir hadisədir:

"Belə bir psixoloji qayda var ki, bir yerdə böyüyən insanlar bir-birilərinə qarşı cinsi istəklərindən düzgün istifadə etmirlər. Bu istək doğmalara qarşı olanda, qeyri-təbiidir. Zorlama hallarına tez-tez tanışlar arasında rast gəlinir, amma doğmalar arasında buna nadir hallarda rast gəlirik. Zorlayan şəxs qonşudakı, uzaq qohumdakı qızla görüşən cavan oğlan ola bilər. Belələri adamların etibarından sui-istifadə edirlər. Nadir hallarda olur ki, qadın küçədə tək gedərkən birdən kimsə naməlum şəxs ona hücum edir və zorlayır".

İsmayılovun sözlərinə görə, o, Azərbaycanda intsest halının tez-tez baş verdiyini düşünmür. O, öz praktikasında belə bir halla rastlaşmayıb: "Əksinə, zərif cinsin nümayəndələrinin ataları, qardaşları tərəfindən qətlə yetirilməsi halları ilə daha tez-tez üzləşirik. Bu qəbildən olan cinayətlər şərəf və ləyaqət adı altında qısqanclıq zəminində törədilir". "Əlbəttə, qəddarlığı cəmiyyətin mənəvi durumu ilə bağlayaraq ona haqq qazandırmaq olmaz. Amma intsest cəmiyyətdə nadir hallarda baş verən haldır", — psixiatr qeyd edib. Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq-müdafiəçisi Kəmalə Ağazadə isə Sputnik-ə bildirib ki, o, ataları tərəfindən yetkinlik yaşına çatmayanların cinsi istismara məruz qalması halları ilə öz praktikasında tez-tez rastlaşır. Ata bioloji ata, yaxud da atalıq ola bilər, amma cinsi münasibətlərdə atalığının qızlığına qarşı cinsi təcavüzü də intsest sayılır. Ağazadə bildirib ki, hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında 10 və 12 yaşlarında iki bacı və onların kiçik qardaşı var. Valideynləri onları küçədə işləməyə və "20 yanvar" metrosu yaxınlığında alışqan satmağa məcbur edirdilər. Axırıncı dəfə anaları (istintaq marağına görə, ad çəkilmir — red.) qızları stansiyanın yaxınlığında qoyaraq onlara burada gözləməyi tapşırıb. O, tezliklə qayıdacağına söz verib. Amma ana onları aldadıb. Uşaqlar iki gün küçədə qalıblar və orada gecələyiblər.

Yasamalda törədilən dəhşətli cinayətin üstü açılıb

"Küçədə qalmamaq üçün uşaqlar yaxınlıqdakı kafeyə müraciət ediblər. İşçilər uşaqlara pul vermək istəyiblər, amma uşaqlar deyiblər ki, onlar dilənçi deyillər, sadəcə anaları qayıdana qədər onların qalmağa yeri yoxdur. Onda kafenin işçiləri polisə müraciət ediblər. Nəsimi rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqları bizə gətiriblər. Araşdırma zamanı məlum olub ki, uşaqlar atalıqları ilə yaşayıblar və onlar onun tərəfindən dəfələrlə seksual təcavüzə məruz qalıblar", — deyə hüquq müdafiəçisi bildirib. Sığınacağın əməkdaşları atılmış uşaqların analarını tapıblar. Söhbət zamanı qadın qızlarının sözünü təsdiqləyib və bildirib ki, onlar atalıqları tərəfindən cinsi təcavüzə məruz qalıblar. Qadın bunu biləndən sonra uşaqlarını küçəyə alışqan satmağa göndərib ki, evdə az görünsünlər və atalıqları ilə toqquşmasınlar.

"Düşünürəm ki, əgər o, həqiqətən uşaqlarını sevən ana olsaydı, uşaqlarının təcavüzə məruz qalmasına imkan verməzdi. O, polisə müraciət edərdi və hər şeyi edərdi ki, uşaqları öz ərindən uzaq tutsun. Uşaqlara qarşı münasibətdə cinayət baş verib", — deyə Ağazadə bildirib. Onun sözlərinə görə, 16 yaşına çatmamış şəxslərə qarşı münasibətdə seksual xarakterli hərəkətlər və uşaq əməyinin istismar olunması faktları üzrə Daxili İşlər Nazirliyində cinayət işi açılıb. Hüquq müdafiəçisi, həmçinin deyib ki, atalıqlar tərəfindən törədilən təcavüz faktları kifayət qədərdir: "Demək olar ki, analar həmişə azyaşlı uşaqlarına qarşı törədilmiş faktları gizlədirlər, çünki bu adamlarla yaşamaq istəyirlər. Amma psixoloqlar uşaqlarla işləməyə başlayanda, aydın olur ki, onlar seksual təcavüzün qurbanı olublar".

"Belə olanda biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Uşaqlara qarşı seksual təcavüz latent (gizli) cinayətdir. Onlar müxtəlif cür olur və psixoloji təzyiq forması olaraq sözlə deyildiyi qədər də yüngül əsaslı deyil. Məhkəmə-tibbi ekspertiza bunu ayırd edə bilmir. Yalnız psixoloji sorğu nəticəsində ayırd etmək olur ki, yeniyetmə təcavüzün və digər seksual xarakterli fəaliyyətlərin qurbanı olub" — deyə Ağazadə bildirir. AUB-nin sədri deyib ki, hazırda sığınacaqda bir oğlan var: "O, etiraf edir ki, öz dayısı tərəfindən seksual təcavüzə məruz qalıb. Bu səbəbdən də evdən qaçıb. Lakin oğlanın atası bildirir ki, bu, mümkün deyil və öz qohumunun müdafiəsinə qalxır. Baxmayaraq ki, o, öz uşağını müdafiə etməli idi".

Ağazadə qeyd edib ki, ailə şəraitində uşaqların zorakılığa məruz qalması halları artıb. Onun sözlərinə görə, bu, ona görə baş verir ki, respublikada problemli ailələrlə bağlı iş zəif qurulub: "Hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə bu istiqamətdə işi intensivləşdirməlidir. Bununla hüquq-mühafizə orqanlarına məişət zorakılığı ilə bağlı kömək etmiş olarlar".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar