Xəbər lenti
İmam Əliyə keçirilən ad günü mərasimi tənqid olundu
Azərbaycanda Hz. Əlinin mövlud günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, doğum günü mərasimi üçün Hz. Əlinin şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq “Happy Birthday” mahnısı səsləndirilib.
Xeyli sayda sosial şəbəkə istifadəçiləri mövludun qərb adətləri ilə keçirildiyini, bunun isə dini gülünc vəziyyətə saldığını yazıb.
Sözügedən sayt məsələylə bağlı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən münasibət öyrənib. İlahiyyatçı bildirib ki, mövludların bu tərzdə keçirilməsini düzgün hesab etmir:
“Dini tədbirlərin öz xarakteri var və özünəuyğun formada keçirilməlidir. Bu sahədə xalqımızın adət-ənənələri də var. Əlbəttə ki, zaman keçdikcə müəyyən dəyişikliklər etmək olar. Ancaq bu dəyişikliklər edildiyi zaman ifrata varmaq qətiyyən yolverilməzdir. Dini mövzu həssas olduğu üçün bu kimi tədbirlər keçirilən zaman tədbirin xarakteri nəzərə alınmalıdır.
Bu kimi hallarında yaşanmasında insanların dini savadının o qədər də yüksək olmamasının da müəyyən qədər rolu var. Ancaq bir sıra məsələlər var ki, ona elə bir ciddi dini savad tələb olunmur. Bunları kitabdan öyrənmək məcbur deyil. Mən kimisə qınamaq istəmirəm. Bəlkə də onlar sevgilərini ifadə etməyə çalışıb. Bunun məqsədli şəkildə, pis niyyətlə edilməsinə inanmıram. Dini tədbirlər bir qədər ağır keçirilməlidir. Şənlənməyin əleyhinə deyilik, ancaq kənardan gülünc görünən, insanlarda aşağılayıcı gülüş yaradacaq hərəkətlərə yol vermək olmaz”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar