Xəbər lenti
Kosmosda qara materiyasız şəffaf qalaktika - KƏŞF OLUNUB
Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər.
Manevr.az-ın trend-ə istinadən verdiyi məlumata görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir.
Bildirilir ki, “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, “NGC1052-DF2”də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.
Görünməz olan qara materiya qalaktikaların müxtəlif maddələr və enerjinin sintezindən ibarət olan kütləsinin dörddəbirini təşkil edir, lakin bu materiyanın yalnız 80 faizi öyrənilib. Alimlərin fikrincə, qravitasiya təsirinə görə qara materiyanın görünməsi mümkün deyil.
Astronomlar yeni qalaktikanın əlamətlərini ABŞ-ın Nyu-Meksiko ştatındakı nəhəng teleskop sistemi ilə müşahidə ediblər. Onlar parıldayan şəfəq kimi görünən “NGC1052-DF2”in formasını müəyyən edə bilməsələr də, onun daxilində baş verən, qazları və qara materiyanı kənarlaşdıran kataklizmlər haqqında fərziyyələrə malikdirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar