Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər… – Millət vəkili

Tarix: 31-03-2018 19:59     Baxış: 3509 A- / A+
Əxlaqsız şagirdlə bağlı fikrimi təhrif edənlər…


Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var.

Manevr.az xəbər verir ki, bu sözləri iki ay öncə Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində baş verən olayla bağlı mövqeyinin yanlış anlaşılması və ona ünvanlanan tənqidlər haqda danışarkən millət vəkli Fazil Mustafa deyib. Millət vəkili adını çəkmədiyi sayt rəhbərinin onun mövqeyinə qarşı geniş tənqidi məqalə ilə çıxış etməsinə baxmayaraq, əvvəlcə məsələnin üzərində çox dayanmadığını qeyd edib:

“Ötənlərdə mesaj qutuma daxil olmuş, özlərini ateist kimi tanıdan bir qrup vətəndaşın kitab təqdimatı ilə bağlı dəyirmi masasının videosunda izlədiyim çıxışlardan biri diqqətimi cəlb etdi. Bir xanım iştirakçı pafosla islam dininin təhlükəsi barədə çıxış edirdi və vurğulayırdı ki, bəs bizdə bir millət vəkili qızlarla oğlanların ayrı oxumasına çağırış edir. Bu çıxışdan sonra bir daha əmin oldum ki, Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var. Quranın, elmi ədəbiyyatın, bədii əsərin də mətnini öz anladığı formada yekun tezis kimi təqdim etmənin fəsadları isə insanlar arasında münasibətlərdə böyük əsəb gərginliyinə səbəb olur, mənasız mübahisələri genişləndirir”.

Sözügedən fikrinə qayıdan millət vəkili qeyd edib ki, o, cinsi tərbiyənin tamamilə unudulmasının qızlarla oğlanların bir yerdə təhsil almasını təhlükəli hesab edənlərin arqumentlərini gücləndirdiyini bildirib:

“Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. İzahı kimə aydın olmadı? Mən iddia etmirəm ki, qızlarla oğlanların bir yerdə təhsil alması təhlükəlidir, sadəcə qeyd edirəm ki, baş verən neqativ hallar dini inanclarına görə qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəliliyini iddia edənlərin arqumentini gücləndirir”.

Millət vəkili bildirib ki, məhz sözügedən arqument güclənməsin deyə, nəzarəti artırmağın, doğru metodologiyanın tətbiqini vacib sayıb:

“Bütün çıxışlarımda qeyd edirəm ki, orta məktəblərə qızların cəlb olunması, son zəngə qədər oxuması vacidir, bu və ya digər səbəbdən məktəbə getmək imkanı olmayan qızların da özəl qız məktəblərində bilik və peşə təhsili alması üçün bu cür məktəblər açmaq istəyən sahibkarların uzun müddətə vergidən azad edilməsi zəruridur. Ananın savadsız olduğu məmləkətdə ciddi intellektual elita formalaşa, sağlam millət yetişə bilməz. Bununla belə, məktəbin əxlaqsızlıq, narkomaniya yuvasına çevrilməsinə imkan tanımamalıyıq. Bu yalnız şagirdlərə aid məsələ deyil, əxlaq naqisliyi olan müəllim və direktorların məktəblərdə kök atmasının yolverilməzliyi prinsipinə ciddi əməl etməliyik. Valideynlər üçün məktəb təhlükəli məkan kimi hansısa neqativ hədəfə çevrilməməlidir, övladını güvəndiyi şəfqət mühiti kimi görməlidir. Bu qeydi ona görə yazmağı borc bildim ki, bəzi insanlar cavab verilməyəndə özlərini konkret problem üzrə sağlam düşüncədə olduqlarına inandırmasınlar, sadəcə bundan sonra mətni doğru təhlil edib nəticə çıxarmağa vərdiş etsinlər”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da əxlaqsızlıq etdiyinə və bunu telefona çəkərək sosial şəbəkələrdə yaydığına görə həbs edilib. /Axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar