Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xaçmazda 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayıb

Tarix: 31-03-2018 18:14     Baxış: 3249 A- / A+
Xaçmazda 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başlayıb

Xaçmaz Rayon Məhkəməsində Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məktəb direktoru G.Alxasovun vəkili vəsatətlər qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib və həmçinin məhkəmə tərkibinə etiraz edib.

Müdafiəçinin fikirincə, cinayət işinin hakim F.Mirzəquliyevin icraatında olması işin qeyri-obyektiv araşdırılmasına, sübutlara düzgün hüquqi qiymət verilməməsinə zəmin yaradacaq.

Belə ki, hakim iş üzrə əvvəllər hüquqlarını müdafıə etdiyi G.Alxasov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıb.

Bundan başqa, vəkil Xaçmaz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz edib və cinayət işinin materiallarının bu məhkəmədən alınaraq başqa bir məhkəməyə verilməsini istəyib.

Vəsatət təmin edilməyib və məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb.

Qərardan narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə etirazı təmin etməyib. Qərara əsasən, iş eyni tərkibdə baxılaması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.

G.Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə üç aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi yekunlaşdırılaraq Xaçmaz Rayon Məhkəməsinə göndərilib.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar