Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənovun nəvəsi hökmdən narazıdır - Apellyasiyaya verdi

Tarix: 31-03-2018 11:55     Baxış: 3419 A- / A+
Əli Həsənovun nəvəsi hökmdən narazıdır - Apellyasiyaya verdi

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ona verilən hökmdən narazı qalıb.

Manevr.az "qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, N.Allahverdiyev və vəkilləri cəzanın ağır olması qənaətinə gəliblər və hökmdən apellyasiya şikayəti verərək yüngülləşdirilməsini istəyiblər.

Onların şikayəti üzrə məhkəmə prosesi aprelin 17-də başlayacaq.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

Qəza zamanı N.Allaheverdiyevlə yarışan və avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar