Xəbər lenti 
					
 
		Sakinlər Bakı-Sumqayıt yolunu bağladılar

Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivinin sakinləri onlara ödənilən kompensasiya ilə razılaşmadıqları üçün bu gün səhər Bakı-Sumqayıt yolunu bağlayıblar.
Manevr.az xəbər verir ki, sakinlər yaşadığı mənzillərin “Avtovağzal” metro stansiyasının yaxınlığındakı depo tuneli qazılan zaman dağıldığını bildirir:
“Avqustun 15-də bizim və bizim kimi bir neçə qonşunun evi bərbad vəziyyətə düşüb. Metropoliten əməkdaşları evləri boşaltdı, bizi kirayə mənzillərə çıxartdı, tezliklə köçürüləcəyimizi dedilər. İndi bir neçə gündür ki, İcra nümayəndəliyindən gələn şəxslər evin kvadratmetrinin 500 manatdan hesablanacağını deyir”.
Hazırda hadisə yerinə polis əməkdaşları gəlib.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələylə bağlı açıqlama verib. Onun sözlərinə görə, Metropoliten hazırda heç bir köçürülmə və yaxud kompensasiya işini icra etmir. Problemlə aidiyyatı qurumlar məşğul olub və olacaq.(qafqazinfo)
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















