Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb - FOTOLAR

Tarix: 29-03-2018 14:01     Baxış: 3866 A- / A+
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan yazıçı Hafiz İmamnəzərli Milli Qəhrəmanın qısa ömür yolu haqqında məlumat verib. Sonra iş adamı Hacı Gülağa Abışov, Bəhruz Mansurovun qardaşı polkovnik-leytnant Bəhram Mansurov Milli Qəhrəman haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edən AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, yazıçı Almaz Sahilə qəhrəmanlarımızın unudulmaması, onların fədakarlıqlarının gələcək nəsilə çatdırılması məqsədilə keçirilən tədbirlərin davamlı olacağını bildiriblər.
Daha sonra Sabir Sarvan adına Poeziya Klubunun üzvləri İnci Hüseynzadə, Ərtoğrul Salıflı, Mirkənan Mahmudov, Mirvüqar Seyidzadə, İlahə Bağıyeva, Ayan Ağayeva, Cavidan Mirzəzadə, Lətifə Mahmudova, Xoşqədəm Bağıyevanın ifasında Hafiz Baxışın (Azərbaycan oğluyam), Məhmət Əmin Yurdaqulun (Ya qazi ol, ya şəhid), Ağamalı Sadiq Əfəndinin (Bu vətən mənim anamdır) şeirlərindən ibarət kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonda tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş ədəbiyyatlardan ibarət sərgi ilə tanış olub, ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər. Xatırladaq ki, Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulub.

1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olub. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart
hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib və bu qarşıdurma zamanı qəhrəmancasına həlak olub.
Subay idi. Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

P.S: Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, oxuduğu orta məktəb ,Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi Bəhruz Mənsurovun adını daşıyır.

Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsi anılıb

Xəbəri paylaş







Müəllif: Bəhram Mansurov
Tarix: 29 mart 2018 14:24
Tədbirin təşkil olunmasında zəhməti olan şəxslərə təşəkkürümü bildirirəm.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar