Xəbər lenti
Alimlər insanın əvvəllər məlum olmayan orqanını kəşf ediblər
Amerikalı alimlər insanın yeni orqanını – orqanların birləşdirici toxumalarını dəlib keçən və maye ilə dolu mikroskopik kanallar şəbəkəsini kəşf ediblər. Bu barədə alimlər “Scientific Report” jurnalına danışıblar.
Həkimlər təsadüfən endoskopiya zamanı pasiyentin mədə-bağırsaq yolunu daxildən müayinə edərkən kanallar şəbəkəsini aşkar ediblər. Öd axarının müayinəsi zamanı əvvəllər düşünüldüyü kimi, onun ətrafındakı toxumaların sıx və həmcins olmadığı, naməlum kanalların onları dəlib keçdiyini təsbit ediblər.
Əvvəlcə tədqiqatçılar qərara gəliblər ki, onların qarşısındakı, sadəcə, kapilyarlardır, lakin mikroskopik tədqiqatlar zamanı maye ilə dolu olan kapilyarlar özləri qaralmalı, onların arasındakı toxumalar isə daha açıq rəngdə olmalıdır. Alimlərin qarşısında isə tamamilə başqa mənzərə olub.
Digər orqanları, həmçinin burun toxumalarını araşdıran tədqiqatçılar aydınlaşdırıblar ki, bu kanallar onlardan da keçir. Alimlər güman edirlər ki, mayelərin dövr etdiyi, orqanizmdəki mayenin 1/5 hissəsini özündə saxlayan bu kanallar, yeni orqan sayılır və orqanizmdəki bütün toxumalara toxumalardan keçə bilər.
Alimlər açıqlayırlar ki, bu mikroskopik kanallar barədə əvvəllər heç bir məlumat yox idi, çünki toxumaların standart tədqiqat metodu kollagen liflərin dağılmasına və mayenin axmasına gətirib çıxarırdı.
Tədqiqatçıların fikrincə, yeni orqan amortizasiya funksiyasını daşıyır və bu şəkildə orqanı qoruyur
Onlar güman edirlər ki, bu kanallar xərçəng hüceyrələrinin limfatik sistemə daxil olmasına və digər orqanlarda tez yerləşməsinə şərait yaradaraq, xərçəngin metastazına imkan verə bilər.
Tədqiqatçılar kanaldakı mayenin analizini xərçəngin erkən diaqnostikası üçün istifadə edilə bilməsini araşdırmağa hazırlaşırlar. Bundan başqa, onlar yeni orqanın digər iltihabi xəstəliklərlə əlaqəli olub-olmamasından şübhələnirlər./(Oxu.Az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar