Xəbər lenti
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsini müvəqqəti icra edən Hüseyn Şahmalıyev rəsmi olaraq bu vəzifəyə təyinat alıb.
Bu barədə məlumatı gununsesi.info-ya Mərkəzi Neftçilər Xəstəxanasından da təsdiqlədilər.
Bildirilib ki, martın əvvəlində H.Şahmalıyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə bu vəzifəyə təyinat alıb.
Fevral ayında Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunduğundan, onun yerinə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat almışdı. H.Şahmalıyev öncə xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar