Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentliyə namizəddən "evdə qalmış" xanımlarla bağlı maraqlı təklif

Tarix: 28-03-2018 12:00     Baxış: 3329 A- / A+
Prezidentliyə namizəddən  "evdə qalmış" xanımlarla bağlı maraqlı təklif


Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürülən Razi Nurullayev ötən gün prezidentliyə namizədlərin debatında "evdə qalmış" xanımların problemlərindən danışıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, o, çıxışında prezident seçilərsə, bu problemləri həll edəcəyini bildirib.


Onun sözlərinə görə, hakimiyyətə gələrsə, yeni İslam modelini də tətbiq edəcək:

"Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində, fiziki məhdudiyyətli və ya digər səbəblərdən ailə qura bilməyən qadınlarımız var. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.

Bizim xanımlar gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir. Bununla bağlı daha geniş konsepsiyamızı təqdim edəcəyik və tanış olacaqsınız".

Qeyd edək ki, prezidentliyə namizəd təklif edilən İslam modelinin detallarını açıqlamır, lakin məlumdur ki, İslamda kişiyə dörd qadınla evlənməyə icazə verilir.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev fevral ayının 8-də aprel ayının 11-i Azərbaycanda keçiriləcək prezident seçkilərinə öz namizədliyini "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən irəli sürüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar