Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərə şad xəbər - Maaş artırıldı

Tarix: 27-03-2018 21:16     Baxış: 3309 A- / A+
Müəllimlərə şad xəbər - Maaş artırıldı

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

Manevr.az trend-ə istinadən bildirir ki, bu dəyişikliklərə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib.

Buna qədər isə müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat olub.

Nazirlər Kabinetinin "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında" qərara etdiyi yeni dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 (əvvəl 500 manat), direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı əvvəl 495 (450 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 (əvvəl 400 manat) manat müəyyən edilib.

Bu qərarlar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar