Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİM-dən XƏBƏRDARLIQ - Satışda saxta məhsullar var

Tarix: 27-03-2018 16:21     Baxış: 3289 A- / A+
DİM-dən XƏBƏRDARLIQ - Satışda saxta məhsullar var

Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan "Abituriyent" jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyinin əməkdaşları ilə birgə çoxlu sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.

Bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC ilə "Hazar İhracat İthalat" AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları "Abituriyent" jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılıb və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınıb.

"Caspi LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı "Abituriyent" Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamayıb. Yuxarıda göstərilən kitablar AR Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılıb və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib. "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılıb. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaq.

Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilib. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvolar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə "ə" hərfi əvəzinə "e" hərfi yazılmışdır. Həmçinin digər orfoqrafik səhvlərə yol verilib.

İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və "Abituriyent" Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilib. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar