Xəbər lenti
Qız, yoxsa oğlan?
Dünyaya gələcək övladın qız yoxsa oğlan olduğu hər kəsə maraqlı gəlir. O zaman doğumdan öncə bunu təxmin edə bilməyiniz üçün bəzi əlamətləri sizə təqdim edirik.
Bebe.az bildirir ki, son əsrlərdə hamilə qadınlar körpələrinin cinsiyyətini öyrənmək üçün bəzi testlər edir və nəticələrinin doğruluğuna inanırlar. Bəs yaxşı bu testlər olmadığı zamanlarda körpə gözləyən cütlüklər nəyə inanırdı? Onların üsulları amniyosentez və ya ultrason kimi qəti nəticələr verməsə də daha çox əyləncəli idi. İndi bütün analar aynanın qarşısına keçsinlər. Biz sizə körpələrinizin cinsiyyətini ən əyləncəli şəkildə təxmin etməyinizə kömək edəcəyik.
Əgər hamiləliyinizin ilk dövrlərində səhərlər ürək bulanması ilə üzləşməzsinizsə,
körpənizin dəqiqədəki ürək atışının sürəti 140 - dan aşağı olarsa,
qarınız sivri şəkildə böyüyürsə,
döş ucunuzun rəngi nəzərə çarpacaq dərəcədə tündləşirsə,
qarnınız aşağıya doğru böyüməyə başlayarsa,
zülal tərkibli yeməklər arasındansa et və pendirə üstünlük verirsizsə,
ayaqlarınız hamiləlikdən əvvəlki dövrə görə daha soyuq olursa,
əlləriniz çox quru olursa,
yatanda yastığın üzü şimala baxırsa,
sizinlə birlikdə yoldaşınızın da çəkisi artırsa,
əvvəl olduğunuzdan daha gözəl görünürsünüzsə,
ayaq tükləriniz daha sürətlə uzanırsa,
sidiyiniz sapsarı olubsa,
burnunuz böyüyübsə,
baş ağrılarınız olursa,
evlilik üzüyünüzü bir ipə bağlayıb qarnınızın üzərinə tutduqda, ip havada dairə şəkli çəkirsə,
hamilə qaldığınız yaşınız ilə hamilə qaldığınız ayın cəmini topladıqda nəticə cüt say çıxarsa,
körpə ana qarının sağ tərəfində yerləşərsə oğlunuz olacaq.
Hamiləliyinizin ilk dövrlərində səhərlər ürək bulanması keçirdə bilirsinizsə,
körpənizin dəqiqədəki ürək atışının sürəti 140 - dan yüksək olursa,
çanaq və ombanızın çəkisi artırsa,
sol sinəniz sağ sinənizdən böyük olursa,
saçınızın açıq rəng olan hissələri qızılı rəngə çalırsa,
qarnınız yanlara doğru böyüyər,
çirkinləşdiyinizi deyənlər olursa(qız uşağı ananın gözəlliyini oğurlayar deyirlər),
çoxlu meyvə yemək istəyərsinizsə,
ürəyiniz daha çox portağal suyu istəyərsə,
hamiləlik müddətində normaldan daha çox kaprizli olursunuzsa,
üzünüz hamiləlikdən əvvəlki dövrə nisbətən daha şiş olursa,
sinələriniz ciddi nisbətdə böyüyərsə,
yatanda yastığınızın üzü cənuba baxırsa,
sidiyinizin rəngi solğun sarı olursa,
evlilik üzüyünüzü bir ipə bağlayıb qarınınızın üzərinə tutduqda,, ip iki yana doğru hərəkət edərsə,
hamilə qaldığınz yaşınız ilə hamilə qaldığınız ayın cəmini topladıqda nəticə tək say çıxarsa,
kiçik oğlan uşaqları sizə daha çox maraq göstərirsə qızınız olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar