Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxda qadın paltarı geyinən kişilər tənqid olundu - Adət imiş...

Tarix: 19-03-2018 18:54     Baxış: 3346 A- / A+
Qazaxda qadın paltarı geyinən kişilər tənqid olundu - Adət imiş...


Qazaxda, xüsusilə də, rayonun Yuxarı Salahlı kəndində kişilərin Novruz bayramında qadın paltarı geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, şənlikdə çəkilmiş videolar dünəndən qınaq obyektinə çevrilib. Şəbəkə istifadəçilər bu adətin Novruz ənənələri ilə heç bir əlaqəsinin olmadığını yazıb.

Maraqlısı budur ki, bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə, bayramla əlaqədar olaraq kənd kişiləri ilin bir günü müxtəlif libaslar geyərək küçələrdə gəzir, rəqs edirlər.

Kənd sakininin sözlərinə görə, illər əvvəl bu şənlik insanların, keçi-qoyun dərisi geyinərək bəzənmə ilə başlasa da, ildən ilə adətdə müəyyən dəyişikliklər olub. Artıq rayonda bu adət karnaval formasını alıb.

Bunun əsas səbəbi subay oğlanların sevdiyi qızın evinə gedəndə qızın əmisinin, dayısının, bir sözlə, qohumların onu tanımamasını istəməsidir. Bununla yanaşı, hərbçi, həkim, küpəgirən qarı və yaxud başqa kostyumları da seçənlər olur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar