Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyanın sifarişi ilə Bakıda törədilən teraktdan 24 il ötür

Tarix: 19-03-2018 11:25     Baxış: 2257 A- / A+
Sarkisyanın sifarişi ilə Bakıda törədilən teraktdan 24 il ötür


1994-cü il mart ayının 19-da, saat 13:00-da "20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Manevr.az xəbər verir ki, terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında Xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metrostansiyanın tavanı bəzi hissələrdə çöküb.

Cinayətin törədilməsində şübhəli bilinən "Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib.

İstintaqın nəticələrinə görə, terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib, onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı olub. Saat 8:30-da metronun "28 May” stansiyasından çıxan, "Gənclik” metrostansiyasının platformasına 500 metr qalmış, elektrik qatarının vaqonunda bomba partlayıb. Partlayışdan sonra qatarın vaqonları alışıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb.

"28 May” və "Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilib. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndəriblər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını deyib.

Məhkəmə ona ömürlük həbs cəzası verib. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib, sonra isə Azərbaycan prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından silib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar