Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Novruz bayramında necə geyinməliyik?- TANINMIŞ MODELYERDƏN MƏSLƏHƏT

Tarix: 18-03-2018 19:48     Baxış: 4309 A- / A+
Novruz bayramında necə geyinməliyik?- TANINMIŞ MODELYERDƏN MƏSLƏHƏT

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruza böyük önəm verir.

Bu baxımdan bayram ərəfəsində və bayram günlərində istifadə etdiyimiz geyimlər də önəmlidir.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova modern.az saytına açıqlamasında deyib ki, Novruz bizim milli bayramımız olduğu üçün bəylərin və xanımların daha çox milli geyimlərə, milli aksesuarlara üstünlük verməsi gözəl olardı:

“Bu günlərdə çalışmalıyıq ki, ümumi bayram əhval-ruhiyyəsinə uyğun davranaq. Çünki Azərbaycanın qədim adət-ənələrini həm mətbəximizdə, həm geyimlərimizdə, şənliklərimizdə, həm də musiqilərdə əks etdirməliyik. Hər bir sahənin nümayəndəsi öz işində bunları tətbiq etməlidir. Milli geyimlərimiz, əlvan libaslar, arxalıqlar, çuxalar, araxçınlar, müəyyən adətlər, keçmişdən günümüzə qədər gəlib, çatan qaydalar Novruz bayramı ərəfəsində yenidən xatırlanır. Normalda klassik geyim və ya idman üslubunda olan geyimlər istifadə edirik. Yəni hər gün müraciət etdiyimiz geyim nümunələri var. Lakin bayram ərəfəsində daha fərqli olmağa üstünlük verməliyik. Mənim hər zaman dediyim bir söz var: Hər bir azərbaycanlının qarderobunda mütləq milli geyim olmalıdır və bu çox önəmlidir. Milli ornamentdə olan bəzək əşyaları, kələğayı-fərqi yoxdur. Bax , Azərbaycan xanımlarını və bəylərini bayram günlərində bu ruhda görmək istəyərdim”.

Modelyer qeyd edib ki, milli geyimlərdə müəyyən nüanslara diqqət etmək lazımdır:

“Bilirsiniz, Azərbaycan Milli Geyim gününün keçirilməsi ilə bağlı uzun müddətdən bəri irəli sürdüyüm təşəbbüs var. Bu istəyə hamılıqla qatılsaq, nə gözəl olar. Ümid edirəm, tez bir zamanda hansısa bir gün “Milli geyim günü” kimi təyin olunacaq.

Bu gün milli geyimləri hazırlayan insanlar böyük xətalar edirlər, həmin geyimlərdə qara rəngə üstünlük verirlər. Ümumiyyətlə milli geyimlərimizdə qara rəng ancaq bəylərimizdə istifadə oluna bilər. Amma xanımlarda ancaq yaşlı təbəqənin insanlarında geyimlərdə istifadə olunur. Yaxud elə göy və ya bir çox rənglərin tünd tonlarına müraciət edilir. Qara rəng matəm anlayışını ifadə edir. Bu baxımdan qara rəngli milli geyimi bayram günü istifadə etmək düzgün deyil. Əlbəttə, bəzi insanlar bu cür tonlara üstünlük verir. Amma bunu etmək lazım deyil, yanlışdır. Fərqli çeşiddə, müasirlik elementlərinin olduğu milli geyimlərimiz də var. Milli geyimlərimizdə hər zaman qırmızı, çəhrayı, yaşıl kimi ürəkaçan rənglər olub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar